Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Xəbərlər » 22 Dekabr 2014

Bakıda mağazalardan oğurluq edən dəstənin üzvləri tutulub.

Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Qaradağ Rayon Polis İdarəsi 11-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, avqustun 28-də Qobustan qəsəbəsində Bakı şəhər sakini Babalar Süleymanova məxsus mağazanın qapısını sındırmaqla mobil telefon və kassadan 320 manat oğurlamaqda şübhəli bilinən Qobustan qəsəbə sakini, əvəllər məhkum olunan 1993-cü il təvəllüdlü Sərvət Zərbəliyev tutulub.

Şübhəli şəxs ətrafında keçirilən ilkin əməliyyat-istintaq tədbirləri ilə müəyyən olunub ki, S.Zərbəliyev qəsəbə sakinləri 1992-ci il təvəllüdlü Şəfa Əlicanlı və 1990-cı il təvəllüdlü Vüsal Mehdiyevlə birlikdə dekabrın 8-də Qobustan qəsəbəsində Samir Niftəliyevə məxsus mağazadan pəncərəni sındırmaqla geyim əşyalarını talayıblar.

Keçirilən əməliyyat-axtarış tədbirləri ilə Ş.Əlicanlı və V.Mehdiyev da tutularaq istintaqa təhvil verilib.

Gənc Tamaşaçılar Teatrı həmişə olduğu kimi bu dəfə də Yeni İl bayramında balacalarımızı sevindirəcək.

Aktyor-rejissor Nicat Kazımov da Simsar.Az-a bildirib ki, Gənc Tamaşaçılar Teatrında yeni il şənliyinə hazırlaşır: “Modaqaskar cizgi filiminin motivlərinə əsasən onun Azərbaycan sayağı səhnə əsərini hazırlayıram. Gənc aktyorların simasında tamaşanı yeni ildə balaca izləyicilərə təqdim edəcəyik. Rollarda, aslanı Araz Primov, Martin adlı zebranı Anar Seyfullayev, Melman adlı zürafəni Müşfiq Əliyev, begimotu Nuriyyə xanım, keçini Ramin, dələni Zaur, uzunqulağı Nigar Bahadırqızı, canavarları Vahid Orucoğlu, dovşanı isə Roza xanım canlandıracaq. Necə olursa bunlar Azərbaycana  düşürlər və hadisə burada baş verir. Tamaşalar dekabrın 25-dən yanvarın 6-adək teatrda olacaq”.

Tamaşaya gələn balcaları xoş sürprizlər də gözləyir. Rejissor deyib ki, tamaşa qorxulu olmayacaq, maraqlı və dinamikdir.

Aktyor-rejissor hazırda çəkildiyi yeni filmdən də danışıb. Bir çoxlarımıızn da sevimli əsəri olan bu ekran işində aktyorun yaratdığı obraz da kifayət qədər maraqlıdır. Sirr olduğu üçün filmin adını hələ ki açıqlamırıq: “Yeni filmə çəkilirəm. Bu Azərbaycanın bir çox ölkələrdə tanınan əsəri əsasında hazırlanan filmdir. Təəssüf ki, sirr olduğundan filmin adını deyə bilmərəm. Rejissor da icazə vermir. Dünən gecəyədək çəkilişlərdə olmuşam, artıq yekunlaşdırmaq üzrəyik. Düşünürəm ki, əsər kimi ekran işi də uğurlu alınar. Dörd bölmədən ibarət olacaq ekran əsərində yaratdığım obraz da kifayət qədər diqqət mərkəzində olacaq”.

Obrazın müsbət və mənfiliyinə gəldikdə isə katyor bunları əlavə edib: “Yaratdığım obraz bizim millət üçün mənfi obraz kimi də qəbul edilə bilər. Film çəkilişləri bitdikdən sonra digər yeni işləri də təqdim edəcəyik”.

Bu arada bir neçə gün öncə müzakirəyə qoyduğumuz aktyorların maaşı mövzusuna da münasibət öyrəndik: “Maaş çox aşağıdır. Həlli yolunu bilmirəm, xüsusi şəxslər var ki, onlar bu məsələni çözməlidirlər. Ayda 210 manat əmək haqqı alıram. Əlbətdə bu maaşa dolanmaq çətindir. Ona görə məcburuq ki, ora-bura qaçaq”.

 

Nigar Məhərrəm


Gələn ildən başlayaraq Azərbaycanda fəaliyyət göstərən ali məktəblərin mətbuat xidmətlərinin rəhbərləri və əməkdaşları üçün təlimlər keçiriləcək.

APA-nın xəbərinə görə, Təhsil Nazirliyinin İnformasiya şöbəsinin QHT və KİV-lə İş sektorunun müdiri Cəsarət Valehov bildirib ki, təlimlərdə fotodan, müxtəlif hadisələrin idarə olunmasından tutmuş press-relizlərin yazılmasına kimi bütün məsələlərlə bağlı təhsil qurumlarında, universitetlərdə olan media əməkdaşlarının təcrübəsi təkmilləşdiriləcək.

Onun sözlərinə görə, təlimlər həm yerli, həm də beynəlxalq səviyyədə təşkil olunacaq.

Hazırda ali məktəblərin media qurumlarının rəhbərlərinin dünyanın müxtəlif ölkələrinin təlim mərkəzlərinə göndərilməsi ilə bağlı müzakirələr aparılır.

C. Valehov qeyd edib ki, gələn ilin əvvəllərində nazirliyin veb-saytı yeni dizaynda istifadəçilərin ixtiyarına veriləcək. Hazırda bu istiqamətdə iş gedir.

4 səhifədən 3«««1234»»»
XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner