Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Bu rayonlarda qar yağır - Faktiki hava

Hazırda bəzi yerlərdə yağış, dağlıq ərazilərdə qar yağır. Simsar.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, saat 08:00-a olan məlumatına əsasən, əvvəlcədən xəbər verildiyi kimi ölkə ərazisində yağıntılı hava şəraiti müşahidə olunur.

Qar örtüyünün hündürlüyü: Şahbuzda 2 sm, Xınalıq, Şahdağ, Xaltan, Qrızda 1 sm-dir.

Göygöl, Naftalan, Şəkmir, Oğuz, Qəbələ, Şəki, Qax, Şamaxı, Cəfərxan, Quba, Qusar, Şabran, Xaltan, Tərtər, Gəncə, Göyçay, Yardımlı, Lerik, Bakıda və Abşeron yarımadasında duman müşahidə olunur və görünüş 200-500 metrədək məhdudlaşıb.

Xəbəri rus dilində oxuyun: СГБ задержала экс-главу Госслужбы

Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 5 dərəcəyədək isti, Naxçıvan MR-da 3-6 dərəcə isti, (dağlıq ərazilərdə 2 dərəcəyədək şaxta), Aran rayonlarında 5-7 dərəcə isti, dağlıq rayonlarda 4 dərəcəyədək şaxta var.

 

***

 

Milli Hidrometeorologiya Xidmətinin bu gün saat 13:00-a olan məlumatına görə, hazırda Bakıda və Abşeron yarımadasında, Göygöl, Naftalan, Gəncə, Şəmkir, Oğuz, Qəbələ, Şəki, İsmayıllı, Şamaxı, Şabran, Tərtər, Mingəçevir, Yevlax, Göyçay, Zərdab, İmişli, Kürdəmir, Sabirabad, Cəfərxan, Neftçala, Biləsuvar, Yardımlı, Lerik, Lənkəran, Qobustanda yağış yağır. Xaltan, Qrız, Şahdağla bərabər hazırda Daşkəsən, Altıağac, Quba, Qusar ərazilərinə də qar yağır.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 6, Naxçıvan MR-də 8, Aran rayonlarında 8, dağlıq ərazilərdə 2 dərəcə isti, yüksək dağlıq ərazilərdə isə 4 dərəcəyədək şaxtadır. Ölkə ərazisində müşahidə olunan yağıntılı hava şəraiti fevralın 18-i gündüzədək davam edəcək.






16 Fevral, 2024  14:03 Baxılıb: 3819 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner