Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

Azərbaycanın Argentinadakı səfiri ermənilərin cavabını verib

Azərbaycanın Argentinadakı səfiri erməni səfirinin və daşnaq liderinin cavabını verib.

XIN-dən Simsar.az-a verilən məlumata görə, dekabrın 5-də Azərbaycanın Argentinadakı səfiri Məmməd Əhmədzadənin“Clarin” qəzetində dərc olunmuş məqaləsinə cavab olaraq Ermənistanın Argentinadakı səfiri Vahagn Melikiyan və Argentinanın erməni icmasının liderlərindən olan Daşnaqsütun partiyasnın siyasi bürosunun üzvü Mario Nalpatianın həmin qəzetdə məktubları dərc olunub.

Öz məktublarında erməni nümayəndələri Ermənistanın Azərbaycana qarşı təcavüzünü ört-basdır etmək üçün münaqişənin mahiyyətini təhrif etmiş və Azərbaycana qarşı yalan və təxribatçı fikirlər səsləndirmişlər. Bunlara cavab olaraq, “Clarin” qəzetinin 21 dekabr tarixli buraxılışında Məmməd Əhmədzadənin yeni cavab məktubu dərc olunub.

Məqalədə Ermənistanın Azərbaycana qarşı işğal və təcavüz həyata keçirdiyi, Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistan tərəfindən öz təcavüzünü ört-basdır etmək üçün qondarma rejimin yaradıldığı, Ermənistan hərbi qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərində mövcudluğu və danışıqlarda Ermənistanın iştirak etməsi münaqişə tərəfinin məhz Ermənistan olmasının ən elementar göstəricisi olduğu  qeyd edilib.

“Azərbaycanın konstruktivliyi onun ATƏT-in Minsk Qrupu çərçivəsində uzun illərdən bəri gedən və Ermənistanın qeyri-konstruktivliyinə görə hələ də nəticə verməyən danışıqlar prosesində iştirakıdır”, deyə fikirlərinə davam edən Azərbaycan səfiri bildirir ki, Qlobal Hərbiləşdirmə İndeksinə görə dünyada 3-cü ən çox hərbləşdirilmiş ölkə olan Ermənsitan tərəfindən hərbi təcavüzə məruz qalmış Azərbaycanın öz müdafiə sektorunu gücləndirməsi tam qanunauyğun haldır.

“Azərbaycan konstitusiyanın aliliyini əsas tutan hüquqi dövlətdir. Ermənistana münasibətdə demokratik prinsiplərdən danışmaq çox gülüncdür, ən azı ona görə ki, bu ölkə qonşusuna hərbi təcavüz etmişdir və 1 milyon azərbaycanlı qaçqın və məcburi köçkünün hüquqlarını pozur”, deyə vurğulanan məqalə bu fikirlərlə tamamlamışdır: “Ermənistandakı hərbi-oliqarxiq repressiv diktatura rejiminin rəhbərləri əvvəllər Dağlıq Qarabağdakı separatçılara rəhbərlik etmiş, azərbaycanlı mülki əhaliyə qarşı qətliamlar, o cümlədən Xocalı soyqırımını törətmiş, sonradan isə Ermənistanda öz dinc vətəndaşlarına qarşı qətllər və terror həyata keçirərək hakimiyyəti qəsb etmiş və Ermənistanı dünyada ən geridə qalmış ölkələrdən birinə çevirmiş şəxslərdir”.

 

Hüseyn İbadlı







22 Dekabr, 2014  13:28 Baxılıb: 761 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18

sagbanner