Bağla
Mən artıq bəyənmişəm!
    
Simsar.az | bizi özünüzə Simsar bilin

Xəbərlər » 22 Dekabr 2014

İşğal edilmiş Dağlıq Qarabağda daha bir erməni əsgər öldürülüb.

ANS PRESS-in məlumatına görə, 1995-ci il təvəllüdlü David Koloyan cəbhə xəttinin Ağdam hissəsində yerləşən hərbi hissələrdən birində öldürülüb. Ermənistan tərəfi əsgərin hansı şəraitdə öldürülməsi haqda informasiya vermir.

Qeyd edək ki, Ermənistan müdafiə naziri Seyran Ohanyan ötən gün çıxışında 2014-cü ilin Ermənistan ordusu üçün ağır il olduğunu bəyan etmişdi.

ANS PRESS-in məlumatına görə, Ohanyan jurnalistlərə açıqlamasında bildirib ki, bu ilin ilk faciəsi Ermənistan silahlı qüvvələrinin giziri Armen Ovanisyanın Qarabağda döyüşlər zamanı ölməsi olub.

"Ordumuz üçün ən gərgin vaxt isə iyul-avqust aylarında təmas xəttində şiddətli döyüşlərin getməsi oldu. Bu ilin ən pik nöqtəsi isə Mi-24 helikopterinin Azərbaycan Silahlı Qüvvələri tərəfindən vurulmasıdır. Həmin an 3 pilotumuz həlak oldu", deyə Ohanyan bildirib.

22 Dekabr, 2014
2 nəfər hamamda öldü

Hər iki şəxsin dəm qazından boğulduğu bildirilir

Bakıda ölümlə nəticələnən bədbəxt hadisə baş verib. Lent.az-ın məlumatına görə, Suraxanı rayonu Bülbülə qəsəbəsində kirayədə yaşayan 1976-cı il təvəllüdlü Hacızadə İlham Sabir oğlu dəm qazından boğulub. O, yaşadığı evin həyətindəki hamamda qazdan zəhərlənib və hadisə yerindəcə keçinib.

Oxşar hadisə Qaradağ rayonunda da qeydə alınıb. Dekabrın 22-nə keçən gecə Lökbatan qəsəbə, 1-ci yaşayış massivində yaşayan 1990-cı il təvəllüdlü Həsənov Amil Qazıbek oğlu hamam otağında dəm qazından boğulub. 24 yaşlı oğlanın meyiti yaxınları tərəfindən aşkarlanıb və hüquq-mühafizə orqanlarına məlumat verilib.

Hər iki faktla bağlı araşdırmalar aparılır.


MTN Elşən Mustafaoğlunu 3 gün saxladıqdan sonra Səbayel Məhkəməsi onun barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçib

Tanınmış ilahiyyatçı Elşən Mustafaoğlu həbs olunub. Ötən həftəsonu yayılan məlumatlarda qeyd olunur ki, ilahiyyatçı 3 gün MTN-də saxladıqdan sonra barəsində Səbayel Rayon Məhkəməsi tərəfindən 4 aylıq həbs-qətimkan tədbiri seçilib.

 

Hələlik, ilahiyyatçının hansı maddə ilə ittiham olunduğu rəsmən elan edilməyib. Şənbə günü Milli Təhlükəsizlik Nazirliyinin İctimai Əlaqələr İdarəsindən “AzVision.az”a bildiriblər ki, ilahiyyatçı Elşən Mustafaoğlunun saxlanması barəsində heç bir məlumatları yoxdur.

Elşən Mustafaoğlu Azərbaycanda kifayət qədər tanınmış ilahiyyatçı və ictimai xadimdir. Bu səbəbdən onun həbs xəbəri şok effekti verib, sosial şəbəkələrdə gedən müzakirələrdə onun həbsi ilə bağlı bir çox fikirlər yayılıb. Hər kəs üçün gözlənilməz olub.

 

***

Onun ömürlüyünü qısa şəkildə belə yaza bilərik:

 

Mustafayev Elşən Mustafa oğlu (Elşən Mustafaoğlu) 8 noyabr 1974-cü ildə Bakı şəhərində anadan olub. İbtidai təhsilini 1981-1984-cü illərdə Bakı şəhər 6 saylı məktəbdə alıb. Daha sonra 150 saylı məktəbdə təhsilini davam etdirib və 1991-ci ildə burada orta təhsilini başa vurub. 1991-1993-cü illərdə Futurologiya İnstitutunda şərqşünaslıq ixtisası üzrə təhsil alıb. 1993-1998-ci illərdə Təhsil Nazirliyinin xəttilə İran Beynəlxalq Universitetinin Humanitar elmlər fakültəsində “İlahiyyat pedaqogikası və İslam maarifi” ixtisası üzrə ali təhsil alıb.

1998-2001-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə və Siyasi-Hüquqi Tədqiqatlar İnstitutunun aspiranturasında fəlsəfə tarixi ixtisası üzrə təhsilini davam etdirib. 10 fevral 2007-ci il tarixində Bakı Dövlət Universitetində fəlsəfə tarixi ixtisası üzrə namizədlik dissertasiyası müdafiə edib və fəlsəfə elmləri namizədi (hazırda fəlsəfə doktoru) alimlik dərəcəsi alıb.

 

1999-cu ildən AMEA Fəlsəfə və Siyasi-Hüquqi Tədqiqatlar İnstitutunun (hazırda Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutu adlanır) əməkdaşıdır. Hal-hazırda həmin institutun “Fəlsəfə və ictimai fikir tarixi” şöbəsində elmi işçi vəzifəsində çalışır. 2001-ci ildən “Mənəvi Saflığa Dəvət” ictimai birliyinin sədri (birliyin rəsmi veb-saytı: www.manevisafliq.org), 2002-ci ildən Azərbaycan Milli QHT Forumunun Gənclər Bölməsinin koordinatorudur.

2005-ci ildən “Yeni Şərq” Elmi Araşdırmalar Mərkəzinin direktorudur (Mərkəzin rəsmi veb-saytı: www.yenisharq.org). Həmin ildə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında “Azərbaycan Respublikasında gənclər siyasəti haqqında” proqramı üzrə ixtisasartırma kursu keçib. 2006-2007-ci illərdə “İctimai” TV-də “Cümə söhbəti” verilişinin müəllifi və aparıcısı olub. 2007-ci ildə ANS TV-də “Allah Haqqı” verilişinin aparıcısı olub. 2008-ci ildə ANS-PRESS Nəşriyyat Evində Nəşriyyat Departamentinə rəhbərlik edib. Həmçinin “Azərbaycan-Amerika Media Akademiyası”nın direktoru olub.

30-dan çox elmi, publisist və analitik məqalənin, 5 elmi əsərin müəllifidir. 20-yə yaxın elmi-nəzəri seminar və elmi toplantı təşkil etmiş, bir neçə yerli və beynəlxalq konfranslarda, o cümlədən, ABŞ, Türkiyə, İran, Misir və Səudiyyə Ərəbistanında keçirilən konfrans və seminarlarda iştirak və bir neçəsində məruzə ilə çıxış edib. Ailəlidir, 2 qızı, 1 oğlu var.

***

 

Qeyd edək ki, E.Mustafaoğlu iki ilə yaxın Norveçdə elmi layihə üzrə çalışıb və bu ilin əvvəllərində ölkəsinə qayıdıb. Bir neçə ay əvvəl isə QMİ ilə əməkdaşlığa başlamışdı. Hələlik, onun hansı səbəbdən saxlanıldığı və hansı maddə ilə ittiham olunduğu rəsmən açıqlanmayıb və geniş ictimaiyyət də bu barədə bir şey bilmir.  E.Mustafaoğlu siyasi proseslərə qarışmayıb, daha çox dini, milli-mənəvi dəyərlər mövzularında çıxış edib. Ziyalı və savadlı gənc mütəxəssis kimi ictimaiyyət arasında böyük nüfuz qazanıb. Belə bir şəxsin qəfil həbsi cəmiyyətdə çaşqınlıq yaradıb. Qeyd edək ki, bəzi media orqanlarında Elşən Mustafa oğluna qarşı 274-cü (dövlətə xəyanət) və ya 167-ci (dini ayinləri icra etməyə mane olma və ya dini etiqada məcbur etmə) maddələrlə ittiham olunması barədə xəbərlər yayılsa da, bu məlumatlar rəsmən təsdiqini tapmayıb. Eyni zamanda, gözlənilir ki, bu gün rəsmi qurumlar Elşən Mustafaoğlunun həbsi ilə bağlı məlumat yayacaqlar.

“Yeni Müsavat”dakı ilkin məlumatda isə göstərilir ki, ilahiyyatçını 274-cü maddə ilə ittiham edirlər. Xüsusi ilə ağır maddə olan 274 “Dövlətə xəyanət” ittihamını özündə ehtiva edir.

***

Bəzi media orqanlarında E.Mustafaoğlunun ötən ayın sonunda İranda keçirilən beynəlxalq təkfirçilik əleyhinə konfransda iştirak etməsi haqda xəbərlər yayılıb, onun Şeyxülislam da daxil olmaqla bir qrup nüfuzlu ilahiyyatçı ilə çəkdirdiyi birgə şəkili yayılıb. Qeyd etdiyimiz kimi, E.Mustafaoğlu artıq bir neçə aydır ki, QMİ-də informasiya şöbəsində işə düzəlib, orda çalışırdı.

Qeyd edək ki, QMİ-nin mərkəzi aparatında işləyən, Şeyxülislamla birlikdə xarici tədbirlərə gedən bir nəfərin bu şəkildə qəfil həbs olunması nəzərləri QMİ sədrinin üzərinə çəkir. Hələlik, QMİ E.Mustafaoğlunun həbsinə münasibət bildirməyib. Ancaq sözsüz ki, Şeyxülislam bu hadisədən narahatdır. Yeri gəlmişkən, bu, QMİ-nin mərkəzi aparatında çalışan şəxsin həbs olunması ilə bağlı ikinci hadisədir. İki il əvvəl QMİ-də çalışan daha bir ilahiyyatçı ağır maddə ilə həbs olunub. Bu mənada E.Mustafaoğlunun həbsinin Şeyxə də zərbə kimi qiymətləndirilə bilər.

 

Artıq bir sıra ictimaiyyət nümayəndələri Elşən Mustafaoğlunun həbsinə münasibət bildiriblər. Politoloq Ərəstun Oruclu facebook hesabından E.Mustafaoğlunu tanıdığını və onun dini radikalizmdən uzaq, mütərəqqi bir ziyalı kimi tanıdığını qeyd edib: “Hər zaman yüksək mədəniyyətə, mütərəqqi düşüncəyə, geniş dünyagörüşünə malik olan vətənpərvər insan kimi tanımışam. Tanıdığım 2 ilə yaxın müddətdə bu insanda zərrə qədər də dini radikalizm əlamətinə rast gəlmədim. İndi onu da həbs ediblər, özü də çox absurd bir ittihamla. Özü də elə özlərinin cızma-qara etdikləri ”qanunları" növbəti dəfə ayaqları altına alaraq. Ölkənin yüzlərlə vətəndaşının əlinə silah götürüb, İraqda, Suriyada terrorçu dəstələrin sıralarında döyüşdüyü və belələrinin Azərbaycanın gələcəyinə təhdid yaratdığı bir zamanda, vəzifəsi onlarla mübarizə aparmaq olan dövlət qurumlarının Elşən Mustafaoğlu kimi sağlam düşüncəli insanı həbs eləməsi bir tərəfdən də anlaşılandır. Məqsəd ölkəni müxtəlif qəbildən olan terrorçu, ekstremist radikallardan təmizləmək yox, özlərini istənilən kəsimdən olan sağlam düşüncəli insanlardan sığortalamaqdır, çünki birincilərlə hər zaman asanlıqla dil tapa biləcəklərinə əmindilər. Elə mənim də buna əmin olmaq üçün kifayət qədər əsaslarım var".

Dini Etiqad və Vicdan Azadlıqlarını Müdafiə Mərkəzinin (DEVAMM) sədri Hacı İlqar İbrahimoğlu öz facebook səhifəsində tanınmış ilahiyyatçı Elşən Mustafaoğlunun həbsinə reaksiya verib. Açıqlamada deyilir: “Xəbər verildiyi kimi, tanınmış maarifçi və ictimai fəal Elşən Mustafaoğlu həbs edilib. Anlaşılmaz səbəblər ucbatından və qaranlıq qalan məqamlar səbəbindən, Elşən Mustafaoğlu kimi bir ziyalı barədə həbs-qətimkan tədbiri seçilib.

 

Mən Elşən Mustafaoğlunu illərdir tanıyıram. Çox dürüst, ləyaqətli, sadiq insandır. Mustafaoğlu araşdırmaçı-alim, ictimai fəal olmaqla yanaşı, çox aktiv maarifçıdır. Bununla bərabər, onun yanaşmalarında qırmızı xətt kimi hər zaman dövlətçilik təfəkkürü keçib.

Mustafaoğlunun həbsinə inanmaq olmur. Məmləkətin sayılı maarifçilərindəndir Elşən Mustafaoğlu. Hər zaman şəffaf, dürüst fəaliyyəti ilə seçilib.

 

Təəccüblüdür ki, E.Mustafaoğlu yenicə QMİ-də posta gətirilmişdi. 10 ildən artıqdır ki, TV-də müəllif proqramlarının aparıcısıdır. Hərtərəfli ictimai bir şəxsdir.

Bəs nə baş verdi?!

 

Elşən Mustafaoğlu kimi bir ziyalı nə etdi ki, onun barəsində məhz belə sərt qətimkan tədbiri seçdilər?! İnanmaq istəyirəm ki, tezliklə qapısı açılacaq, baş verən bu dəhşət, bir anlaşılmazlıq kimi izah ediləcək.

 

Allaha pənah...".

 

“Yeni Müsavat” qəzeti onda olan ilkin məlumat əsasında bildirir ki, E.Mustafaoğlunun həbsi əsasında, daha bir neçə tanınmış şəxs istintaqa cəlb ediləcək.

musavat.com

Türkiyədə qaçaqmalçılıqla məşğul olan azərbaycanlılar saxlanılıb. ANS PRESS-in məlumatına görə, İqdır da sərnişin avtobuslarından birində yoxlama aparılıb.

Məlumata görə, qaçaqmalla mübarizə çərcivəsində aparılan əməliyyat nəticəsində İqdr Jandarma Kapitanlığı sürücüsü və nömrəsi açıqlanmayan sərnişin avtobusunu Tuzluca rayonunun girşində saxlayıb.

Yoxlama zamanı 3 sərnişinə aid çemodandan qaçaqmal aşkar edilib. Yoxlama Ömər D., Azərbaycan vətəndaşları olan Fazilə Nəsirova və Nübaro Naciyevanın yüklərində aparılıb.

Belə ki, adıçəkilən şəxslərin çemodanlarından 3 min paket qaçaq siqaret və 36 şüşə spirtli içki tapılıb.

Azərbaycan əsilli iki qadın deportasiya edilib.

Milli Məclisin deputatı Qənirə Paşayeva İndoneziya parlamentinin üzvləri Kartika Yudhishti və H.Hamdhani ilə görüşüb.

Görüş zamanı millət vəkili Qənirə Paşayeva onlara Ermənistanın işğalçılıq siyasəti və Xocalı Soyqırımı ilə bağlı geniş məlumatlar verib. O, 1 milyon azərbaycanlının, yüz minlərlə azərbaycanlı qadının Ermənistanın işğalı nəticəsində öz yurd-yuvalarından qaçqın və məcburi köçkün düşməsi və onların fundamental insan haqlarının bu gün də Ermənistan tərəfindən pozulmaqda davam etməsi, Xocalı Soyqırımı barədə ətraflı məlumatlar verib. O deyib ki, dünyanın harasında yaşamasından asılı olmayaraq ədalətin yanında olan bütün insanlar  Ermənistanın bu addımlarına laqeyd, seyrçi qalmamalı və buna qarşı öz etiraz səsini ucaltmalı, Xocalı Soyqırımının tanınması, bu dəhşətli cinayəti törədənlərin ədalət qarşısında cavab verməsi, azərbaycanlı qaçqın və məcburi köçkünlərin öz ev-eşiklərinə dönməsi üçün səylərini artırmalıdırlar. O deyib ki, İndoneziyada Azərbaycan həqiqətlərinin daha da geniş şəkildə bilinməsinə və daha da geniş dəstəklənməsinə hər zaman böyük ehtiyac var. Millət vəkili Qənirə Paşayeva İndoneziya Parlamentinin üzvləri Hj. Kartika Yudhishti və H.Hamdhanini hər zaman Azərbaycanda görməkdən məmnunluq duyacaqlarını deyib və onları  Azərbaycana dəvət edib. Azərbaycanla əməkdaşlığın inkişafına önəm verdiklərini, Azərbaycanı böyük məmnuniyyətlə yaxından tanımaq və əməkdaşlığı daha da genişləndirməkdə maraqlı olduqlarını deyən İndoneziya Parlamentinin üzvləri Hj. Kartika Yudhishti və H.Hamdhani millət vəkilindən Qarabağ münaqişəsi, Xocalı Soyqırımı, azərbaycanlı məcburi köçkünlərlə bağlı daha geniş məlumatlar istəyib və fikir mübadiləsi aparılıb. İndoneziya Parlamentinin üzvləri Hj. Kartika Yudhishti və H.Hamdhani Azərbaycanı gəlməkdən böyük məmuniyyət duyacağını deyib və Azərbaycanla Parlamentlərarası əməkdaşlığın inkişafı üçün səylərin artıracaqlarını deyiblər. Görüşün sonunda Qənirə Paşayeva onlara müəllifi olduğu kitabları,  həmçinin həmmüəllifi olduğu  “ Xocalı  Soyqırım şahidlərin dilindən” kitabını və rəhbərlik etdiyi Avrasiya Beynlxalq Araşdırmalar İnstitutu İB-nın hazırladığı və içərisində Qarabağ həqiqətlərini, erməni yalanlarını əks etdirən sənədli filmlərin olduğu “Azərbaycan həqiqətləri” filmləri kataloqunu da hədiyyə edib. Bundan başqa Azərbaycan tarixi, ədəbiyyatı və mədəniyyəti ilə bağlı kitab və materiallar, musiqi albomları da  İndoneziya Parlamentinin üzvləri Hj. Kartika Yudhishti və H.Hamdhaniyə hədiyyə olunub.


Cəbhənin müxtəlif istiqamətlərində istiqamətlərində sutka ərzində atəşkəs rejimi ümumilikdə 39 dəfə pozulub.

Bu barədə Simsar.az-a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Erməni silahlı bölmələri Ermənistan Respublikasının Berd rayonunun Ayqepar və Mosesqex kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli və Koxanəbi kəndlərində, İcevan rayonunun Paravakar kəndində yerləşən mövqelərdən Ağstafa rayonunun Köhnəqışlaq kəndində yerləşən mövqelərimizi atəşə tutublar.

Tərtər rayonunun Çaylı, Ağdam rayonunun Yusifcanlı, Mərzili, Qaraqaşlı, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Horadiz, Qaraxanbəyli, Aşağı Seyidəhmədli, Qorqan kəndləri yaxınlığında, həmçinin Goranboy, Xocavənd və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Azərbaycan Silahlı Qüvvələri mövqeləri atəşə tutulub.

Düşmən cavab atəşi ilə susdurulub

Qeyd edək ki, son iki sutkada cəbhənin müxtəlif istiqamətlərində atəşkəs rejimi ümumilikdə 97 dəfə pozulub.

Dekabrın 21-də Səhiyyə Nazirliyinə məxsus, ümumi sahəsi 640 kv.m olan birmərtəbəli Mingəçevir şəhər Gigiyena və Epidemiologiya Mərkəzinin dəhlizinin tavanı 50 kv.m və mətbəxində əşyalar 10 kv.m sahədə  (ümumi 60 kv.m) yanıb.

Simsar.az-ın FHN-in saytına istinadən verdiyi məlumata görə, mərkəzin qalan hissəsi yanğından mühafizə olunub, yanğın saat yanğınsöndürənlər tərəfindən söndürülüb.

Dekabrın 23-də keçiriləcək bələdiyyə seçkilərində seçkiqabağı təşviqat aparılması üçün ayrılmış müddət bu gün saat 8:00-da başa çatıb.

Simsar.az-ın məlumatına görə, Seçki Məcəlləsinin 75.2 maddəsinə əsasən seçkiqabağı təşviqat aparılması səsvermə gününə 23 gün qalmış başlanır və səsvermənin başlanmasına 24 saat qalmış başa çatır.

Mərkəzi Seçki Komissiyası tərəfindən 23 dekabr 2014-cü ilə təyin edilmiş bələdiyyə seçkilərində seçkiqabağı təşviqat aparılması noyabrın 30-da başlanıb, dekabrın 22-də saat 8:00-da başa çatıb.

Seçkiqabağı təşviqat kampaniyası qeydə alınmış namizədlər, onların vəkil təyin edilmiş şəxsləri, səlahiyyətli nümayəndələri, namizədi qeydə alınmış siyasi partiyalar, siyasi partiyaların blokları tərəfindən aparılır.

Qeyd edək ki, Seçki Məcəlləsinin 8.2. maddəsinə əsasən səsvermə günü seçki (referendum) keçirilən ərazidə iş günü hesab olunmur. Seçki Məcəlləsinin bu tələbinə əsasən dekabrın 23-də Azərbaycan ərazisində qeyri-iş günü olacaq.

Amerikadakı “Edsel” və “Eleanor Ford House” muzeyinin fransız rəssamı Paul Cezannenin 1904- cü iildə çəkdiyi tablonu keçən il kimliyi gizli saxlanılan bir nəfərə 100 milyon dollara satıldığı ortaya çıxıb.

Simsar.az xəbər verir ki, Fransanın cənubundakı bir dağın əks olunduğu tablonun  satışının muzeyin nəzdnindəki Detroid Sənət İnsitutu tərəfindən gizlincə həyata keçirildii qeyd edilib. İflasa uğrayan Detroid Bələdiyyərinin Detroid Sənət İnsitutndakı əsərlər üzərində haqqı olduğunu iddia etdiyi və əsərin iflas səbəbiylə təşkil ediləcək hərrəcada satılmaqdan xilas edilməsi üçün gizlincə əldən çıxarıldığı bildirilib. Qeyd edək ki, Detreoid Bələdiyyəsi 2013- cü ilin dekabrın 3-də iflasa uğrasa da, yalnız  2014-cü ilin dekabrın 11-də ölkə tarixində iflas edən ən böyük şəhər olaraq tarixə düşmüşdü.

 

Günel


Azərbaycan kinosunun tarixində söhbət düşəndə Həsən Seyidbəylini xatırlamamaq olmaz. Onun yaradıcılığı çoxşaxəli idi. Həm dramaturq, həm ssenarist, həm də ictimai xadim kimi tarixə öz adını yazdıran bu işıqlı insanın bu gün doğum günüdür.

1920- ci ildə  dekabrın 22-də Bakıda anadan olan Həsən Seyidbəyli hələ uşaqlıqdan ədəbiyyata böyük maraq göstərib. Azərbaycanın görkəmli şairlərindən C.Cabbarlı, H.Cavid, M.Müşviq, S.Vurğun və başqa ədiblərin söz səltənətindən bəhrələnib. Əsas arzusu, istəyi isə kinoya gəlmək, xəyalındakı qəhrəmanları ekrana gətirmək olub.

Buna görə də sənədlərini 1938-ci ildə Leninqrad Kino Mühəndisləri İnstitutuna verib səs operatoru fakültəsində təhsil alır. 1943-cü ildə isə Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun rejissorluq fakültəsini bitirir. Dünya şöhrətli kinorejissorlardan S.Eyzenşteynin, Q.Kozintsevin emalatxanasını bitirir,

"Azərbaycanfilm" kinostudiyasında kinorejissor, 1963 - 1980-ci illərdə Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi və sədri vəzifələrində işləmişdir. "İmtahan", "Qızıl axtaranlar", "Bağlı qapılar" adlı dram əsərləri Azərbaycanda və xaricdə səhnəyə qoyulmuşdur. Bir neçə kitabın müəllifidir. Filmləri ümumittifaq kino festivallarında priz və diplomlara layiq görülür.

Yazıçı-dramaturq, xalq artisti, ssenarist, kinorejissor, ictimai xadim Həsən Seyidbəyli özünəməxsus yaradıcılığı ilə milli kinomuza yeni nəfəs gətirmişdi. Onun romantik əsərləri uzun müddət teatrların əsas repertuarına çevrilib, ədəbi-bədii keyfiyyətinə görə sonradan uğurlu ekran taleləri yaşamışlar. Dramaturqun əsərlərindəki səmimilik, sadə ekran qəhrəmanları oxucu kütləsinin böyük marağına səbəb olub.

Dramatik üslubda yaradıcılıq kredosunu təsdiqləyən Həsən Seyidbəylinin "Nəsimi" filmi tariximizlə yanaşı, milli mədəniyyətimizi, mentalitetimizi, ədəbiyyatımızı, musiqimizi ümumilikdə qədim Azərbaycanın həyatını əks etdirdi.

Onun filmlərinin süjet xətti məna baxımından kəsərli, dinamik və maarifləndirici xarakter daşıyır. Aktyor seçməkdə mahir olan rejissor Həsən Seyidbəyli öz quruluşlarında zahiri təmtəraqlara üstünlük vermədən kiçik obrazları belə filmin aparıcı qüvvəsi kimi təqdim edirdi.

Onun filmlərinə uğur qazandıran əsas səbəblərdən biri də bədii kompozisiyanın təşkilindən əlavə rejissor traktovkasının qüsursuz və nizamlı olmasından ibarət idi. Ümumiyyətlə, XX əsrin ortalarından 80-ci illərə qədər çəkilən filmlərin böyük əksəriyyəti aqrar sahəni, yüngül sənayeni və bir sözlə ictimai-siyasi hadisələri təqdirəlayiq səviyyədə əks etdirdi.

Müharibə mövzusu bizim kinomuzda şablonsuz həyat həqiqətlərinə əsasən ekranlaşdırıldı, Azərbaycanın mövqeyi, insanların münasibəti çox böyük diqqətlə araşdırıldı. Məsələn, "Bizim Cəbiş müəllim" filmində bir ailənin tarixçəsi fonunda müxtəlif insanların xarakterləri dinamik kadrlarla, panoramlı çəkilişlərlə təsvir olunur.

Onun müxtəlif illərdə qələmə aldığı "İmtahan", "Qızıl axtaranlar", "Bağlı qapılar" adlı dram əsərləri Azərbaycanda və xarici ölkələrdə səhnəyə qoyulub.  Müasirlərinin əməyindən, mənəvi-əxlaqi saflığından bəhs edən "Kür sahillərində", "Bizim Astrada" "Telefonçu qız"povestləri, "Cəbhədən-cəbhəyə" "İllər keçir", "Tərsanə", "Çiçək" romanları, "Dəniz cəsurları sevir", "Sən nə üçün yaşayırsan" pyesləri bu gün də sevilərək oxunur.  Sovet İttifaqı Qəhrəmanı M.Hüseynzadəyə həsr olunmuş"Uzaq sahillərdə" (1954, İ.Qasımovla birgə) romanı əsasında çəkilən film bu gün də Azərbaycan tamaşaçısının yorulmadan izlədiyi filmlər sırasındadır.

 

4 səhifədən 4«««1234
XƏBƏR LENTİ
16 Sentyabr, 2024  12:49

12 Sentyabr, 2024  11:08












10 İyun, 2024  16:13

7 İyun, 2024  12:18

6 İyun, 2024  14:22





31 May, 2024  15:30





24 May, 2024  14:01

23 May, 2024  16:06





6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04