Bu gün ümummilli lider Heydər Əliyevin anadan olmasından 101 il ötür. İş adamı, Sipark İnşaat tikinti şirkətinin rəhbəri Seymur İsayev Ulu Öndər ilə bağlı fikirlərini Simsar.az az- a bildirib.
"XX əsr Azərbaycana Heydər Əliyev kimi görkəmli siyasətçi, müdrik dövlət xadimi bəxş etdi. Heydər Əliyev əsrin əvvəllərindən formalaşan demokratik ənənələrin yaşanmasında və inkişafında, milli-mədəni irsimizin qorunmasında və təbliğində əvəzsiz rol oynamış və Azərbaycanı bütün dünyaya tanıdıb. Türk dünyasının böyük oğlu Heydər Əliyev Azərbaycanda milli dövlətçilik ənənələrinin bərpasında, möhkəmləndirilməsində və qorunmasında böyük xidmətlər göstərib.
Azərbaycanın çətin sınaqlarla qarşılaşdığı bir dövrdə H.Əliyev müstəqilliyimizi qoruyub saxlayaraq, misli görünməmiş quruculuq işlərini həyata keçirib.
H.Əliyev ikinci dəfə hakimiyyətə qayıtdıqdan sonra ölkəmizin iqtisadi müstəqilliyini və əhalinin yüksək rifah halını təmin edəcək inkişaf strategiyasını işləyib hazırladı. “Əsrin müqaviləsi” adlandırılan ilk neft müqavilələri imzalandı. Bundan əlavə Ümumdünya Kommunikasiya Proqramının mühüm tərkib hissəsi olan tarixi İpək Yolunun bərpasına başlanması nəticəsində xarici investisiyaların respublikamıza axını başladı.
Gözəl memarlıq işlərini yüksək qiymətləndirən Heydər Əliyev ölkədə tikinti sahəsinin inkişafı üçün də böyük xidmətlər göstərdi. Respublika iqtisadiyyatının dinamik inkişafı, istehsal obyektlərinin, mədəniyyət, elm, təhsil müəssisələrinin, yaşayış evlərinin sürətlə tikilməsi, şəhərlərin, qəsəbələrin, kəndlərin abadlaşdırılması birbaşa Heydər Əliyevin bu sahəyə ayırdığı diqqətdən irəli gəlir.
Heydər Əliyevin idarəçilik məktəbinin ən layiqli yetişdirməsi olan Prezident İlham Əliyev də bu siyasəti davam etdirir.