Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

Ukrayna azərbaycanlıları bəyanat verdi

Ukraynada yaşayan azərbaycanlıların əksər regionlar üzrə təşkilatları Kiyevə toplaşaraq, il ərzində ölkədə yaşayan azərbaycanlılarla bağlı baş verən hadisələri, o cümlədən azərbaycanlıların daha sıx yaşadığı ölkənin şərqindəki münaqişəni müzakirə ediblər.

Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresindən (BUAK) APA-ya verilən məlumata görə, konqres sədri Rövşən Tağıyevin sədrliyi ilə keçirilən toplantıda gələn il üçün Ukraynada Azərbaycan diasporunun görəcəyi işlərin planı da tutulub.

Toplantıdan əvvəl təşkilat sədrləri Azərbaycanın Ukraynadakı səfiri Eynulla Mədətlinin iştirakı ilə Heydər Əliyevin Kiyevdəki abidəsini ziyarət ediblər.

Konqresin Dnepropetrovsk vilayəti üzrə sədri Qüdrət Hacıyev, Xarkov vilayəti üzrə sədri Qurban Abbasov, Donetsk vilayəti üzrə sədri Malik Pirverdiyev, Nikolayev vilayəti üzrə sədri Yunus Əliyev, Jitomir vilayəti üzrə sədri İlqar Məmmədov, Zakarpatiya bölgəsi üzrə sədri Zakir Göyüşov, Xmelnitsk vilayəti üzrə sədri Ceyhun Qasımov, Nikolayev şəhəri Milli Cəmiyyətlər Şurasının azərbaycanlı sədri Anar Axundov da iştirak edib.

Toplantıda Ukraynada yaşayan azərbaycanlılar bir sıra məsələlərlə bağlı bəyanat qəbul ediblər. Bəyanatda ölkədə baş verən və baş verə biləcək hadisələri nəzərə alaraq azərbaycanlıların hüquqlarının qorunması, ölkənin şərq hissəsində yaşayan həmvətənlərin təhlükəsizliyinin təmin edilməsi, Ukrayna və Azərbaycan arasında dostluq münasibətlərinin inkişafına yeni töhfələrin verilməsi, ölkədə yaşayan azərbaycanlı gənclərin diaspor işində səfərbər edilməsinin daha da gücləndirilməsi, o cümlədən siyasi, iqtisadi və mədəni sahələrdə Ukrayna azərbaycanlılarının maraqlarının təqdim edilməsi əksini tapıb.






22 Dekabr, 2014  12:18 Baxılıb: 899 Çap

Bu bölmədə


XƏBƏR LENTİ


16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






10 Yanvar, 2024  13:27













sagbanner