Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

İdman

“Neftçi”nin Türkiyəyə gedəcəyi tarix açıqlandı

Topaz Premyer Liqasında son oyununu dekabrın 18-də “İnter”ə qarşı keçirən və həmin matçın ertəsi günü istirahətə buraxılan “Neftçi”nin qış hazırlıq proqramı bəllidi. Simsar.az saytının məlumatına görə, yanvarın 6-da Bakıda toplaşacaq komanda 5 gün öz bazasında olacaq.

Bu müddətdə “ağ-qaralar” həkim müayinəsindən keçəcək və onların fiziki hazırlığı yoxlanılacaq. Yanvarın 11-də Antalyaya yollanacaq “Neftçi” ayın 23-nə qədər orda təlim-məşq toplanışı keçəcək. Baş məşqçi Arif Əsədov bu müddətdə 6 yoxlama görüşünün keçirilməsini planlaşdırır. Rəqiblər dəqiq bilinməsə də, oyunların keçiriləcəyi tarix bəllidi.

Belə ki, “Neftçi” yanvarın 14, 17, 20, 21 və 23-də qüvvəsini sınayacaq. Komanda ayın 23-də iki yoxlama görüşü keçirəcək. Yanvarın 24-də vətənə qayıdacaq paytaxt təmsilçisi çempionatın XIX turunun hazırlığına başlayacaq.

Qeyd edək ki, “Neftçi” Topaz Premyer Liqasının XIX turu çərçivəsində yanvarın 31-də AZAL-la qarşılaşacaq.







22 Dekabr, 2014  11:55 Baxılıb: 869 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner