Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

İdman

Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Beynəlxalq Boks turniri keçirilib

Karapapak Fight Club&Promotion və Musa Paşam Promotion-un birgə təşkilatçılığı ilə Ulu öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Beynəlxalq Boks turniri keçirilmişdir.

Turnirə Karapapak Fight Club&Promotion-un prezidenti Aqil Acalovun Ulu öndərin idman siyasəti və müstəqil Azərbaycanın formalaşmasındakı rolundan bəhs edən açılış nitqi ilə start verilmişdir.

Turnirdə ümumilikdə 6 peşəkar döyüş keçirilmişdir. Rusiya, Qazaxıstan və Azərbaycan idmançıları öz güclərini sınadığı turnirin yekun nəticələri aşağıdakı kimi olmuşdur:

76 kq çəki dərəcəsində Azərbaycan boksçuları Cəmil Fərzəliyev və Elvin Qənbərov arasında döyüşdə Elvin Qənbərov texniki nokautla qələbə qazanıb;

76 kq çəki dərəcəsində Qazaxıstan boksçusu Yerbolat Zeinolla və Azərbaycan boksçusu İlham Hüseynli arasında döyüş Qazaxıstanlı Yerbolatın xal hesabı ilə qələbəsilə;

59,8 kq çəki dərəcəsində Azərbaycanı təmsil edən Ramazan Babayev və Rauf Ağayev arasında döyüş heç-heçə ilə

nəticələnmişdir;

66,7 kq çəki dərəcəsində Qazaxıstan təmsilçisi Dilşat Nurum və Azərbaycanlı boksçu Ağacan Dərgahov arasında döyüş Ağacan Dərgahovun 2-ci raundda döyüşü davam etməkdən imtina etməsi və Dilşatın qələbəsi ilə nəticələnmişdir;

79 kq çəki dərəcəsində Azərbaycan idmançıları İsmət Eynullayev və Məhəmməd Quliyev arasında döyüş İsmətin xal hesabı ilə qələbəsi;

79 kq çəki dərəcəsində Rusiyanı təmsil edən Maqomed Rəsulov və Azərbaycanı təmsil edən Cabbar İsmayılov arasında döyüş  - hakimlərin fərqli qərarı ilə Maqomedin xal hesabı qələbəsi ilə nəticələnmişdir.






27 Dekabr, 2023  15:17 Baxılıb: 5947 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner