Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Dünya

ABŞ mediası Azərbaycana qarşı...

Azərbaycanda baş verən hadisələrin ABŞ-ın "Vaşinqton Post" qəzetindəki şəkildə işıqlandırılması nə ölkənin geniş şəkildə etiraf edilən uğurlarını, nə Azərbaycanla Amerika arasında olan möhkəm tərəfdaşlıq münasibətlərini əks etdirir. Trend-in məlumatına görə, bBu barədə Azərbaycanın Amerikadakı səfirliyinin müşaviri Məmməd Talıblının həmin qəzetdə dərc edilmiş məqaləsində deyilir.

Məqalədə bildirilir: "Dekabrın 12-də dərc edilmiş "Xəzərdə distopiya" adlı redaksiya məqaləsindəki iddiaların əksinə olaraq, Azərbaycan xalqı bu gün firavan, sabit, azad və həqiqətən müstəqil dövlət quraraq öz əsrlik arzularını gerçəkləşdirir”.

M.Talıbovun sözlərinə görə, jurnalist Xədicə İsmayılovanın işinə Azərbaycan qanunvericiliyi çərçivəsində baxılır. Birləşmiş Ştatlarda bu yaxınlarda baş verən hadisələrin göstərdiyi kimi, məhkəmə qərarları heç də həmişə hamı tərəfindən qəbul edilmir və bəzi hallarda hətta kütləvi etiraz aksiyalarına təhrik edir.

Məqalədə deyilir ki, istənilən halda Azərbaycanda da, Birləşmiş Ştatlarda da qanuna hörmət olunmalıdır və bütün vətəndaşlar, eləcə də jurnalistlər qanun qarşısında bərabər olmalıdırlar: “Hesab edirəm ki, insan haqlarının və demokratiyanın irəliləməsini əmrlərin deyil, nümunələrin köməyi ilə həyata keçirmək daha yaxşıdır. Bu, xüsusilə Birləşmiş Ştatların öz dostları ilə, o cümlədən Azərbaycanla danışdığı hallara aiddir”.

O, həmçinin qeyd edib ki, Ermənistanın işğalı nəticəsində öz ev-eşiyini məcburi tərk etmiş yüz minlərlə azərbaycanlının humanitar ehtiyacları ilə bağlı narahatlığın ifadə edilməsi tərəflər arasında daha etibarlı ünsiyyətin qurulmasına əhəmiyyətli dərəcədə yardım edir.






22 Dekabr, 2014  12:23 Baxılıb: 774 Çap

Bu bölmədə


XƏBƏR LENTİ


16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






10 Yanvar, 2024  13:27













sagbanner