Bağla
Mən artıq bəyənmişəm!
    
Simsar.az | bizi özünüzə Simsar bilin

Reportaj

QƏDİM UNİVERSİTET, KÖHNƏLƏN FAKÜLTƏ - LAYİHƏ

BDU-nun jurnalistikasında kamera xofu

Həmin yolda başqa adam

10 ay... Bəzən gizlində yazışdığımız, bəzən aşkarda gülüşdüyümüz, bəzən canımızın sıxıldığı, bəzən kövrəlib ağladığımız o auditoriyalara tələbə kimi daxil olmadığım müddət.

4 il ərzində evimizdən daha çox vaxt keçirdiyimiz o yollarda, düşüb-çıxmaqdan yorulduğumuz o pillələrdə, müzakirə aparmaqdan yorulmadığımız o sinif otaqlarına bu dəfə reportyor kim qayıtdım.

Bu gün Azərbaycanın ən birinci yaranmış və ən birinci jurnalistika təhsili verməyə başlamış universitetinin qonağı oldum yeni lahiyəmlə. Adı: Dərsdən reportaj

Tarix

Beləliklə, ilk ünvan: Bakı Dövlət Universitetinin jurnalistika fakültəsi.

Arayış:

Bakı Dövlət Universiteti Azərbaycan Demokratik Cümhuriyyəti Parlamentinin 1 sentyabr 1919-cu il Qərarı ilə yaradılıb. İlk tədris ilinə 2 fakültə ilə - tarix-filologiya, tibb fakültələri və 1094 tələbə ilə başlayıb. Universitetin ilk rektoru Qazan Universitetinin professoru, məşhur cərrah V.İ.Razumovski olub. 

Indi Universitetdə 16 fakültə var və müxtəlif elmi istiqamətlərdə bakalavr pilləsində 55 ixtisas, magistratura pilləsində isə 153 ixtisaslaşma üzrə 18000-ə yaxın tələbə təhsil alır.

Jurnalistika fakültəsinin yaranma tarixi isə 1945-ci ildə universitetin filologiya fakültəsi nəzdində jurnalistika şöbəsi açılması ilə bağlıdır. 1969-cu ildə şöbə müstəqil fakültəyə çevrilib. Fakültənin ilk dekanı professor Nurəddin Babayev olub.

Hazırda Bakalavr pilləsində 400-ə qədər, magistr pilləsində 46 tələbə təhsil alır. 7 aspirant, 35 dissertant elmi-tədqiqat işləri üzərində çalışır.

Gecikdim

Avtobusdan düşüb univeritetə doğru irəliləyirəm. Havanın soyuqluğundanmı, ya həftə sonu olduğu üçünmü bilmirəm, amma mənimlə bərabər “dərsə” tələsən az tələbə var. Saata baxıram, bir neçə dəqiqə gecikmişəm. Bizim vaxtımızda dərsə 2 dəqiqə belə olsa, gecikənlər içəri buraxılmırdı. Addımlarımı yeyinlədirəm və...

Universitetin darvazasında 3 mühafizəçi dayanıb. Həyətdə isə çox adam yoxdur. Havanın pis keçməsi öz təsirini göstərib. Əvvəllər həyətdə dayanan tələbələr sayca dərsdə oturanlardan çox olardı.

İkinci korpusa daxil oluram. Burada 2 mühafizəçi içəri girən tələbələrin vəsiqəsini yoxlayır. Keçmiş vəsiqəmi göstərib keçirəm. Fakültə üçüncü mərtəbədədi, qalxıram. Bəli, gecikmişəm. Özü də cəmi 4 dəqiqə...

Kamera qadağası

Dekanlığa gedirəm. Müəllimlərin hamısı dərsdədi. Katibəyə niyyətimi bildirirəm. O isə otaqların hamısında kameralar quraşdırıldığını xatırladır: “İndi keçsəniz rektorluqda görəcəklər ki, tələbə gecikib”. Sağollaşıb çıxıram. Və tələbə vaxtı çox sevdiyim müəllimə ilə qapıda rastlaşıram. Görüşüb onunla kafedraya gedirəm.

Belə toy olmasın


Bir neçə dəqiqə sonra müəlliməm ilə tələbələrin universitetdən qovulmasından və yerli telekanalların qalmaqallı verlişlərindən danışırıq.
Əsas mövzu Tural Abbaslının universitetdən xaric olunmasıdır. Müəllimə Turalın xətrini çox istədiyini desə də, qovulmasının günahını onun özündə görür. Onun sözlərinə görə, Turalın davamiyyəti çox zəif idi, bəzi semestrlərdə ümumiyyətlə dərsə gəlmirdi.

Sonra biz məşhur “Toy olsun” verlişinin müzakirəsini aparırıq. Müəllimə verlişin Azərbaycana aid olmadığından gileylənir.

“Mən özüm qəsdən hər verlişi izləyirəm. Sırf tənqidi nöqteyi nəzərdən. Biabırçılıqdı. O gün bir ana özü gəlib ki, evlənmək istəyirəm. Sonra qızı zəng vurub ki, ay ana, orda bir oğlan var mən də ona elçi gəlim, ikimiz də evlənək. Adam mat-məətəl qalır, bunlar necə insanlardı... Hansı tərbiyənin yeyələridi...”

Davam edirik. Verlişə gələn boşanmış və övladı olan xanımlardan danışırıq. Xanımlar özü haqqında məlumat verərkən övladlarını valideyinlərinin saxlayacağından danışırlar. Sən demə, bu müəlliməmin ən yaralı yeriymiş: “Bunlara baxanda öz tarixindən şübhəyə düşürsən.Bbizim elə qadınlarımız olub ki, həyat yoldaşları cavan ölsə də, saçlarını süpürgə edib, övladlarını atmayıblar. Bir qonşum var, gənc olanda bir oğlanla bir-birini istiyiblər. Valideynləri verməyib, bu da qaçıb. İki körpə uşağı olanda, birinin üç, o birinin bir yaşı varmış, əri avtomobil qəzasında rəhmətə gedir. İnandırıram səni, o qadın uşaqlarını da götürüb rayona qayınanası ilə, qayınatasının yanına getdi. Dedi ki, onların oğulları ölüb, qoy övladlarının ətrini nəvələrindən alsınlar. İndi o qadının oğlu universitetin 2-ci kursunda oxuyur. Bu günə qədər o rayonda yaşıyır. Bütün ailəsi onun başına fırlanır. İnanmıram ki, ondan yaxşı gəlin var”.

Söhbət əsnasında başqa müəllimə də bizə qoşulur. O da bu verlişin mental dəyərlərə uyğun gəlmədiyindən əsəbi halda danışır.

Zəngdə auditoriya

Zəngin səsi gəlir. Təəcüblənirəm. Sonra xatırlayıram ki, tənəffüslər keçən dərs ilində olduğu kimi 80 dəqiqədən bir yox, 45 dəqiqədən bir olur. Tez 3-cü kursların auditoriyasına gedirəm. Yolda tələbələrdən birini tanıyıram. Xəbər verir ki, qrup İnformasiya Texnologiyaları İnistitutunda dərsdədir. Dekan müavini Əli müəllimlə salamlaşıb, nə məqsədlə gəldiyimi deyirəm. O da dekana mütləq xəbər ver, sonra yaz deyir.

45 dəqiqə daha gözləyirəm. Müəllimə dissertant xanımın sənədlərini qaydaya salır. Mənsə səssiz gözləməkdəyəm.

Ayaqüstü söhbət

Zəng vurulur. Tez qrupa gedirəm. Uşaqların çoxu gəlib. Bəziləri qapıda dayanıb ayaqüstü nəsə yeyirlər, bəzilər hələ də yeməkxanadadı. İçəri keçib qızlarla söhbətə başlayıram. Əsas məqsədim onların dərsə olan münasibətini və dərsdən sonra qalan boş vaxtı hansı yönümdə dəyərləndirdiklərini öyrənməkdi.

Maraqsız dərs

Qızlardan biri dərsin maraqsız keçdiyini, boş vaxtında kitab oxuduğunu gələcəkdə redaktor olmaq isyəyini də deyir. Müxbir kimi küçələri gəzib xəbər hazırlamağın yorucu olduğunu vurğulayan xanımla qrup yoldaşı olan digər xanım arasında fikir ayrılığı baş verir. Digər xanım deyir ki, universiteti qurtaran bir tələbənin anında redaktor vəzifəsinə başalaması real deyil. Müsahibim deyir ki, bilirəm,bu çox məsuliyyətlidi, diqqət tələb edir. Mənsə deyirəm ki, bunun ünün çoxlu mütailə lazımdı.

Onlar mütaliə edir

Digər xanıma da eyni sualları ünvanlayıram. Cavab verir: “Əvvəllər dərslərimi yaxşı oxuyurdum. Amma bu semestrdə elə də maraqlı dərslərimiz yoxdu. Ona görə də, daha oxumağa çox vaxt sərf etməyəcəm. Boş vaxtımı kitablara həsr edirəm. Markesin “Patriarxın payızı” əsərini bitirdim. İndi də “Master və Marqarita”nı oxuyuram. Çingiz Abdullayevi də sevirəm. Ümumiyyətlə, müxtəlif səpkili yazıçıları oxumaqdan zövq alıram”.


Sonradan söhbət etdiyim qızların çoxu qrup yoldaşlarından fərqli danışmır. Oğlanlara gəlincə, ilk müsahibim dərsə çox maraq gösətərən tələbə kimi görünmür. Dediyinə görə, dərsdən sonra konfliktologiya ilə bağlı keçirəcəyi seminarın təşkilatçılığı ilə məşğuldur. Qalan vaxtlarında kino izləməyi sevir.

Darıxırlar

Digər oğlan dərs vaxtı darıxdığını və gizlincə kitab oxuduğunu deyir. Müəllimlərin bir neçəsindən şikayət edir. Dərs həyatı bezdiricidi. Boş vaxtlarında kitab oxumaqdan başqa, sağlamlıq üçün idmanla məşğul olur. Futbolu çox sevir.

Alınmır

Zəng vurulur. Dekandan dərsdə oturmaq üçün icazə almağa gedirəm. Dekan dəhlizdə yeni tələbələrə göstərişlər verir. Yaxınlaşıb məqsədimi bildirirəm. O isə deyir:

“Qızım, əvvəlcədən xəbər etmək lazımdı. Dərsdə oturmaq olar, amma bir neçə gün öncə zəng vurub deyərdin. Indi olmaz.”

Sağollaşıb fakültədən çıxıram. Birinci mərtəbəyə çatanda yeməkxanaya baş çəkirəm. Təxminən 2 il öncə yeməkxananı iki yerə bölmüşdülər: Tələbələr üçün və müəllimlər üçün.

Tələbələrlərin yeməkxanasında ayaqüstü qəlyanaltı üçün yeyəcəklər satılır. Müəllimlərin yeməkxanasında isə hazır yeməklər. Burada tələbə yemək üçün təxminən 1-1,50 qəpik, müəllim isə 3-6 manat ödəyir.

Universitetdən çıxıram. Artıq yağış yağır. Tez redaksiyaya çatmalıyam.

Günel Səfərova






25 Aprel, 2011  15:48 Baxılıb: 3322 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
29 Noyabr, 2024  12:14

27 Noyabr, 2024  13:23


18 Noyabr, 2024  14:19

18 Noyabr, 2024  13:18


30 Sentyabr, 2024  12:25


16 Sentyabr, 2024  12:49

12 Sentyabr, 2024  11:08












10 İyun, 2024  16:13

7 İyun, 2024  12:18

6 İyun, 2024  14:22





31 May, 2024  15:30





24 May, 2024  14:01

23 May, 2024  16:06





6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16