Bu gün UEFA Avropa Liqasında 1/8 final mərhələsi start götürəcək. Simsar.az xəbər verir ki, mərhələnin ilk görüşləri eyni gündə keçiriləcək.
Türkiyə təmsilçisi “Beşiktaş” “Brügge”nin qonağı olacaq. “Liverpul”u mübarizədən kənarlaşdıran Slaven Biliçin yetirmələri İstanbula sərfəli nəticə ilə qayıtmağa çalışacaqlar.
Günün maraqlı oyunlarından biri İtaliyada baş tutacaq. Burda iki yerli komanda – “Fiorentina” və “Roma” münasibətlərə aydınlıq gətirəcəklər.
Turnirdə İspaniya təmsil edən “Vilyarreal” və “Sevilya”nın dueli də gərgin mübarizə vəd edir.
“Qarabağ”la eyni qrupda yarışmış “İnter” “Volfsburq”un qonağı olacaq. “Dnepr” isə “Ayaks”ı qəbul edəcək.
12 mart
Avropa Liqası, 1/8 finalın ilk oyunları
21:00. "Zenit" (Rusiya) - "Torino" (İtaliya)
22:00. "Brügge" (Belçika) - "Beşiktaş" (Türkiyə)
22:00. "Dnepr" (Ukrayna) - "Ayaks" (Hollandiya)
22:00. "Volfsburq" (Almaniya) - "İnter" (İtaliya)
00:05. "Everton" (İngiltərə) - "Dinamo" (Kiyev, Ukrayna)
00:05. "Fiorentina" (İtaliya) - "Roma" (İtaliya)
00:05. "Napoli" (İtaliya) - "Dinamo" (Moskva, Rusiya)
00:05. "Vilyarreal" (İspaniya) - "Sevilya" (İspaniya)
Vüsal Məmmədzadə