Bağla
Mən artıq bəyənmişəm!
    
Simsar.az | bizi özünüzə Simsar bilin

SOSİAL

Braziliya Ciu-citsusu üzrə Azərbaycan Respublikasının Dövlət Suverenliyi gününə həsr olunmuş yarış keçirilib

Azərbaycan Braziliya Ciu-citsu KİB-nin İctimai Birliyinin Suraxanın filialının Uşaq, yeniyetmə və gənclər arasında birincilik üzrə yarışlar keçirilib. Simsar.az xəbər verir ki, yarış Azərbaycan Respublikasının Dövlət Suverenliyi gününə həsr olunub.

Açılış nitqi ilə çıxış edən İctimai Birliyin prezidenti Aqil Acalov qonaqları və idmançıları salamlayaraq bugünki suverenliyimizin səbəbkarı olan şəhidlərimizi anaraq, Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində göstərdiyi şücaəti və həmin dövrdə xalqımızın göstərdiyi birlik və həmrəyliyin vacibliyindən söz açmışdır.

Daha sonra İctimai Birliyin Suraxanı filialının rəhbəri Vüsal Həsənov da çıxış edərək bu yolda daim vətənpərliyin təbliğinin əsas məqsədlərdən biri olduğunu vurğulamış və idmançılara uğurlar arzu etmişdir.

Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən və Azərbaycan himni səsləndirildikdən sonra yarışlara start verilmişdir.

7-17 yaş aralığında müxtəlif yaş qrupları və çəki dərəcələrindən olan qız və oğlan olmaqla uşaq, yeniyetmə və gənclər arasında baş tutan yarışda idmançılar İctimai Birliyin Taleh Həsənov tərəfindən təltif edilmişdir.







30 Sentyabr, 2024  12:51 Baxılıb: 1131 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

30 Sentyabr, 2024  12:25


16 Sentyabr, 2024  12:49

12 Sentyabr, 2024  11:08












10 İyun, 2024  16:13

7 İyun, 2024  12:18

6 İyun, 2024  14:22





31 May, 2024  15:30





24 May, 2024  14:01

23 May, 2024  16:06





6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55