Bağla
Mən artıq bəyənmişəm!
    
Simsar.az | bizi özünüzə Simsar bilin

Reportaj

Paytaxtda aptekləri niyə bağlandı? - REPORTAJ

Azərbaycanda əksər dərman preparatları xaricdən gətirildiyi üçün dolların bahalaşması əczaçılıq sahəsinə də adekvat təsirini göstərib. Son üç gündə bəzi apteklər qapılarını alıcıların üzünə bağlayıb. Bəzi apteklərdə isə artıq qiymət artımı hiss olunur. Əczaçılar topdansatış mərkəzlərindən dərman məhsullarını əldə edə bilmədiklərindən şikayətçidirlər.

Əczaçılıq sahəsində vəziyyətin necə olmasını öyrənmək üçün Bakının Nizami rayondakı bir çox apteklərə baş çəkdik. Bəzi apteklərin üzərində “Bağlıdır” yazısı asılsa da, əslində, aptek işçiləri içəridə idilər. Onlar aptekdəki proqram dəyişikliyi ilə əlaqədar bir neçə saat işi dayandırdıqlarını dedilər. Ancaq ətrafdakı insanların dediyinə görə, həmin aptek 2 gündür ki, qapılarını bağlayıb.

Ölkəyə dərman preparatlarının böyük bir qismi xaricdən gəldiyi üçün son məzənnə dəyişikliyi ilə topdansatış qiymətləri 30 faiz artıb. Aptek sahibləri də bu prosesdə ziyana düşmək istəmədikləri üçün qiymət siyasəti ilə bağlı gözləmə mövqeyi tutublar.

Ancaq bunu bütün apteklərə şamil etmək olmaz. Çünki müşahidələrimiz zamanı son 3 gündə normal iş rejimində çalışan apteklərlə də qarşılaşdıq.

Ancaq həmin əczaçılıq mərkəzlərinin satıcıları da təsdiqlədilər ki, dərman firmaları, topdansatış mərkəzləri anbardan malı buraxmırlar. Aptek sahibləri dərman əldə etməkdə çətinlik çəkirlər. Satıcılar Rusiyadan və Avropadan gətirilən dərmanlarda qiymət artımının olduğunu da etiraf etdilər.

Əczaçılıq sahəsində yaranmış böhrandan danışan Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Qədirli bildirdi ki, apteklərin qiymət siyasətinə nəzarət etmək Səhiyyə Nazirliyinin səlahiyyətində deyil: “Səhiyyə Nazirliyi istər dərman firmalarının, istərsə də apteklərin qiymət siyasətinə müdaxilə edə bilməz. Biz ancaq tibbi standartlara riayət edilməsinə nəzarət edirik. Qiymət məsələsinə nəzarət etmək başqa dövlət qurumlarının səlahiyyətindədir. Çünki apteklər də bir ticarət nöqtəsidir. Orada maliyyə əməliyyatları, biznes şərtləri pozulursa, ona müvafiq nazirlik nəzarət etməlidir. Qanun imkan vermir ki, Səhiyyə Nazirliyi bu məsələyə müdaxilə eləsin”.

Tibb elmləri doktoru Adil Qeybulla da musavat.com-a bildirdi ki, dövlət bu sahəni tənzimləmək üçün təcili tədbirlər həyata keçirməlidir: “Aptek sahibi dərmanı baha alıb, onun üzərinə müəyyən faiz qoyub, həmin qiyməti bazarda reallaşdırmalıdır. İndi dolların kursunun dəyişməsi ilə bağlı aptek sahibləri çaşıb, qalıblar. Burada ya dövlət hər hansı bir kompensasiya ödəməli, ya da daxili bazarı tənzimləməlidir. Qiymətin bahalaşması sahibkarın günahı deyil. Onlar dərmanı hazırki qiymətlə alıb, əvvəlki qiymətlə satsalar, bu, birbaşa iflas deməkdir. Aptek də bir kommersiya obyektidir və onların da biznes maraqları var. Ona görə də, daxili bazarı tənzimləmək üçün dövlət tədbirlər görməlidir. Dövlət bu kursu dəyişəndə baş verəcəkləri nəzərə alıb, tədbirlər planı hazırlamalı idi. İndi bu sahədə böyük problem yarana bilər. Dərman zəruri ehtiyac məhsullarına daxildir. Bu sahəyə dövlət güzəşt etməlidir. Bazarı tənzimləmə mexanizmi işlənib, hazırlanmalıdır”.

Ekspert onu da qeyd etdi ki, Azərbaycana dərman preparatlarının 99 faizi xaricdən gətirilir və ölkəyə dollarla daxil olur: "Dərmanlar əsasən, Rusiyadan, Avropadan, Hindistandan və digər ölkələrdən gətirilir. Buraya yol xərcləri, gömrük xərcləri və sair də daxildir. Bunun üzərinə sahibkarın qazancını da gəlsək, qiymətlərin niyə atmasını izah edə bilərik”.






24 Fevral, 2015  20:10 Baxılıb: 8401 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
29 Noyabr, 2024  12:14

27 Noyabr, 2024  13:23


18 Noyabr, 2024  14:19

18 Noyabr, 2024  13:18


30 Sentyabr, 2024  12:25


16 Sentyabr, 2024  12:49

12 Sentyabr, 2024  11:08












10 İyun, 2024  16:13

7 İyun, 2024  12:18

6 İyun, 2024  14:22





31 May, 2024  15:30





24 May, 2024  14:01

23 May, 2024  16:06





6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16