|
AKSİYADA PƏNCƏRƏLƏRİ QIRILANLAR, QAPILARI SINDIRILANLAR NƏLƏR DANIŞDI -REPORTAJ
Fəvvarələr meydanı ətrafında 2 gün sonra
2 aprel mitinqi əvəlki mitinqlərdən, həm mitinqçilərin sayı, həm də baş verən hadisələr baxımından fərqli oldu. Mitinq zamanı küçədə yerləşən dükanlara, bank filiallara, hətta dövlət müəssələrinə ciddi ziyan dəydi.
Polislə qarşıdurmalarda bir neçə obyektin şüşə və qapıları sındırılıb, bəzi dükandakı mallar dağıdılıb.
Simsar.az-ın əməkdaşı bu gün-aksiyadan iki gün sonra olayların yaşandığı məkanlarda olub.
“Bank mitinq günü işləmirdi”
“Səməd Vurğun” və “Lev Tolostoy” küçələrinin kəsişməsində yerləşən Bank Standartın Nəsimi rayon üzrə filialının aksiya zamanı sındırılan qapısı hələ düzəldilməyib. Əməkdaşımız Bankın müdriyyəti ilə görüşüb bəzi suallara aydınlıq gətirmək istəsə də, mühafizə polisi cavabdeh şəxslərdən heç kimin işdə olmadığını deyib: “Mitinq günü bank işləmirdi. Mən də işdə olmadığımçün dəqiq heç nə deyə bilmərəm. Bankın şüşələrinin sındığını mənə zəng edib dedilər. Qırılmış qapıların biri yenilənmişdi mühafizə xidmətinin dediyinə görə, qapını bank öz hesabına alıb yerinə qoyub”.
Pəncərələrin sındırıldığı xəbərini telefonla alan mühafizəçi “şüşələridə özünüz dəyişmisiz” sualına “bilmirəm” deməklə cavab verib.
Saytın əməkdaşı isə şahidlərdən öyrənib ki, həqiqətən bank filialının şüşələri təzələnib.
Ziyanın məbləği 1200-1300 manat
Həmin sırada yerləşən “Bastel” kompüter dükanına da ziyan dəyib. Özünü dükanın cavabdeh şəxsi kimi təqdim edən Xəlil Ələkbərovun dediklərinə görə, sahibkar kimi, 1200-1300 manat məbləğində ziyan çəkib: Mitinq baş verdiyi gün dükan işləyirdi. Bu küçədə admlar gözə az dəyirdi. Birdən əllərində dəmir tutan mitinqçilər gəlib qapıları qırmağa başladılar. Qonşu obyektlərin də qapı və şüşələri sındırıldı. Qapını öz xərcimizə qoymuşuq”.
Rəsmlərin cavabı: “Bilirdiniz mitinq olacaq, dükanları bağlayardız da…”
Ərazidəki ziyan dəymiş obyektlərdən biri də Turan Bankın filial olub. Bankın işçisi Alim Qasımov bildirib ki, onlara dəymiş zərərlə bağlı kimə müraciət edirlərsə, belə cavab eşidirlər: “Bilirdiniz mitinq olacaq, dükanları bağlayardız da…” A.Qasımov isə deyib ki, binanın 500 manatlıq qapısı sındırılıb: “Hələ ki özümüz qapını düzəltməyə çalışırıq. Gəlib aktlaşdırsalar da, heç bir kömək göstərməyiblər. Soruşanda deyirlər, bu cinayətləri törədənlər axtarılır. Gördüyümüz kimi küçənin, eyni zamanda obyektlərin mühavizə kameraları var. Onların köməyi ilə cinayətkarları tapmaq mümkündür axı…”. “O hadisədən sonar 3 gündür dükan işləmir”
Aksiya zamanı 200 manata qədər ziyan çəkən dükanlardan biri də “DNS Komputers”dir. Dükanın işçisi Seymur Allahverdiyevin dediyinə görə, onlar da sındırılmış qapını özləri düzəldib: “Müstəntiq gəlib aktlaşdırdı. Ziyanın kim tərəfindən ödəniləcəyini hələ bilmirik. O hadisədən sonar 3 gündür dükan işləmir”.
“Əllərində dəmir tutan mitinqçilər dükanın qapısını sındırandan sonra vitrindəki iki komüteri də daşnan qırdılar”
“Mister Komp” adlı kompüter və ofis texnikası satılan dükanın müdiri Əmiraslan Əliyev daha çox ziyanın onlara dəydiyini deyib: “Əllərində dəmir tutan mitinqçilər dükanın qapısını sındırandan sonra vitrindəki iki komüteri də daşnan qırdılar: “Polislər sınmış kompüterləri aparıb. Heç bilmirik, bunların xərcini kim ödəyəcək”.
Əməkdaşımız “Mərdanov Qardaşları” küçəsindən keçəndə şüşələri qırılan obyektlərdən birinin də “LONG İSLAND” restoranı olduğunu görüb.
“Hələ bir söz deyə bilmərik, araşdırma aparılır”
Obyektlərinə ziyan dəymiş şəxslərlə prokurorluq əməkdaşlarının söhbət etdikləri zaman rəsmi şəxslərə yaxınlaşan simsar.az-ın əməkdaşı onlardan zərərçəkənlərə kompensasiya ödənib-ödənməyəcəyini soruşub. Bu da bir cümləlik cavab: “Hələ bir söz deyə bilmərik, araşdırma aparılır”.
Vasif Vəlizadə
4 Aprel, 2011 21:50 ⁄ Baxılıb: 2187 ⁄ Çap
Bu bölmədə
|
|
|