Bağla
Mən artıq bəyənmişəm!
    
Simsar.az | bizi özünüzə Simsar bilin

Reportaj

KÜRDƏMİR GƏMİDƏN DÜŞÜR – reportaj

Havalar isindikcə çirkab sular buxarlanır

Kürdəmir - burada yayda qızmar istidən, qışda isə gəlinin əlini un çuvalında donduran şaxtadan şikayət edirlər. Qışla-yazı ayıran mart da aran rayonunu sakit buraxmır. Martda gah yandırıcı isti olur, gah yağış şoran torpağı palçığa çevirir, yollar bərbad hala düşür, gölməçələr yaranır, gah da külək ağacı kökündən çıxaracaq qədər güclü əsir. Sakinlər «mart çıxdı, dərd çıxdı» ümidilə yaşayırlar. 
Qeyri-sabit iqlimi, kasıb təbiəti, əlverişsiz coğrafi mövqeyi sakinlərin güzaranında dərin izlər buraxıb. Torpaq çoxdan kəndlidən üz döndərib. Bura aran rayonudu. Bura Kürdəmirdi.

Çıxış yolu dözməkdir

Bir neçə gün öncə rayona səfər etmişdik. Dəyirmanlı kəndində dostumuzun qonağı olduq. Yayda suya həsrət qalan Kürdəmir yazda yağışın əmələ gətidiyi gölməçələrin məskəninə çevrilir. Bərbad olan kanalizasiya sistemi rayonu çirkab sularından təmizləmək gücündədeyil. Sovet dövründə asfaltlanmış yollarda yaranan dəlmə-deşiklərdə yığılıb qalmış yağış suları maşınların təkərlərində itir. Həmin yollarla hər gün rayon icra hakimiyyətinin məsul işçiləri də gedib-gəlirlər. Problem onları narahat etmirsə və ya həllinə çarə tapmırlarsa, sakinlərin dözməkdən, gözləməkdən başqa çıxış yolu yoxdur.

Pul ayrılıb, inkişafsa yoxdur

Kürdəmirlilər deyir ki, rayonların sosial inkişaf proqramına sanki bu rayonun adını salmağı unudublar. Təbii ki, Kürdəmirlə müqayisədə Ağsu, Ucar, Göyçay, Yevlaxın inkişafının şahidi olanda sakinlər başqa cür düşünə bilməz.

Kürdəmirdə tutatut

Kürdəmir Azərbaycanın kasıb rayonlarından sayılır. 100 mindən çox əhalisi olan rayonda əsas dolanışıq ticarətdən çıxır. 5 adamdan 3-ü Rusiya bazarlarında alver edir.
Korrupsiyaya qarşı mübarizə Kürdəmirdən də yan keçməyib. Bir müddət öncə Sosial Müdafiə Mərkəzinin keçmiş müdiri Qismət Abdulrəhmanov dövlət vəsaitini mənimsəməkdə günahlandırılaraq həbs edilib. Onun evindən üç yüzə yaxın saxta sənəd tapılıb. Rayonda danışırlar ki, Q.Abdulrəhmanov ölülərə də ünvanlı sosial yardım ayırırmış.

Kəndlilər mal-qaradan imtina edir...

Kürdəmirin kəndlərində rayona nisbətən daha bahaçılıqdır. Ərzaq, tikinti məhsullarının bahalığı bir yana, mal-qaranın ot-alafı, yemi od qiymətinədir. Ötən günlərdə Simsar.az-ın oxucularına bu barədə məlumat vermişdik. Bir daha təkrar edirik ki, mal-qaranın gündəlik xərcləri kənd ailəsinin gündəlik məsrəflərindən çoxdur. Bu səbəbdən kəndlərdə mal-qaradan imtina edənlərin sayı son illər artmaqda davam edir.
Heyvandarlıqla məşğul olan kənd sakinləri bildirirlər ki, əsas ehtiyacları ucuz keyfiyyətli toxumlara və gübrələrədir. Əgər hökumət yardım etməsə, yaxın illərdə kəndləri daha acınacaqlı durum gözləyir.
Rayon camaatı inanır ki, inhisarçılığa qarşı güclənən mübarizə tədbirləri nəticəsində onların güzaranı yaxşılaşacaq.

RAMİL






14 Mart, 2011  17:33 Baxılıb: 4757 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
29 Noyabr, 2024  12:14

27 Noyabr, 2024  13:23


18 Noyabr, 2024  14:19

18 Noyabr, 2024  13:18


30 Sentyabr, 2024  12:25


16 Sentyabr, 2024  12:49

12 Sentyabr, 2024  11:08












10 İyun, 2024  16:13

7 İyun, 2024  12:18

6 İyun, 2024  14:22





31 May, 2024  15:30





24 May, 2024  14:01

23 May, 2024  16:06





6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16