Şimali Kipr Türk Respublikasının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Ufuk Turganer və Sipark İnşaat şirkətinin rəhbəri Seymur İsayev arasında işgüzar görüş oıub. Simsar.az xəbər verir ki, görüş zamanı Kipr və Azərbaycan münasibətlərindən və hər iki ölkənin iqtisadiyyatındakı inkişafdan danışılıb. Şimali Kipr və Azərbaycanda aparılan tikinti, memarlıq işləri ilə bağlı geniş fikir mübadiləsə apararaq, birgə əməkdaşlıq mövzusuna da toxunulub. Seymur İsayev bu əməkdaşlıqların həm Şimali Kipr, həm də Azərbaycan üçün faydalı olacağını söyləyib. Xanım nümayəndə isə dostluq və qardaşlıq əlaqələrində iş adamlarının rolunun böyük olduğunu bildirib.