Bağla
Mən artıq bəyənmişəm!
    
Simsar.az | bizi özünüzə Simsar bilin

İnşaat

Seymur İsayev: "Bu sahə iqtisadi inkişaf strategiyasının prioritetlərindən biridir"

Hər il aprelin 10-u ölkəmizdə İnşaatçılar Günü kimi qeyd olunur. Bu gün həm Ramazan bayramı, həm də inşaat sahəsində çalışanların peşə bayramıdır. Bu münasibətlə iş adamı, Sipark İnşaat tikinti şirkətinin rəhbəri Seymur İsayev saytımız vasitəsilə inşaatçılara və Azərbaycan xalqına bayram təbrikini çatdırdı.

"Bu gün müqəddəs bayramlardan olan Ramazan bayramıdır. Bu münasibətlə, bütün müsəlmanları, xalqımızı təbrik edirəm. Allah tutulan orucları, qılınan namazları və edilən duaları qəbul eləsin. 10 aprel həm də Azərbaycanda inşaatçıların peşə bayramıdır.  Prezident İlham Əliyevin 2009-cu il 16 dekabr tarixli Sərəncamı ilə “İnşaatçılar günü”nün təsis edilməsi inşaat sahəsində çalışanların əməyinə dövlətimiz tərəfindən verilən böyük dəyərin göstəricisidir. Dövlətin iqtisadi inkişafını göstərən amillərdən biri inşaat sahəsidir. Bu sahə Prezident İlham Əliyevin müəyyən etdiyi iqtisadi inkişaf strategiyasının prioritetlərindən biridir. Ötən illər ərzində respublikanın paytaxtı, eləcə də regionlar əsl tikinti meydanına çevrilib. Həm dövlət kapital qoyuluşu, həm özəl sektor tərəfindən yatırılan investisiyalar inşaat sektorunun inkişafına böyük təkan verib. Bu gün işğaldan azad olunmuş bölgələrimizdə aparılan yüksək səviyyəli tikinti işləri də dövlətin bu sahəyə daha diqqətli yanaşmasından xəbər verir. Bu sahədə çalışan bütün həmkarlarımızı, inşaatçıları təbrik edirəm."

Simsar.az






10 Aprel, 2024  11:38 Baxılıb: 9210 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
29 Noyabr, 2024  12:14

27 Noyabr, 2024  13:23


18 Noyabr, 2024  14:19

18 Noyabr, 2024  13:18


30 Sentyabr, 2024  12:25


16 Sentyabr, 2024  12:49

12 Sentyabr, 2024  11:08












10 İyun, 2024  16:13

7 İyun, 2024  12:18

6 İyun, 2024  14:22





31 May, 2024  15:30





24 May, 2024  14:01

23 May, 2024  16:06





6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16