Sipark İnşaat şirkətinin Həsən Əliyev layihəsində tikinti artıq yekun mərhələdədir. Tikinti üzrə nümayəndə Nural İbrahimovun Simsar.az -a verdiyi məlumata görə artıq Yapon istehsalı olan TOSHIBA liftləri kompeksə gətirilib. "Layihənin bütün beton işləri artıq bitib. Yeni liftlərimiz gəlib. Hazırda həmin liftlərin quraşdırılması prosesi gedir. Həyətdə tikilən 2 mərtəbəli qarajın da inşaası tamamlanıb. Sakinlər tezliklə təmir işlərinə başlaya biləcəklər".
Şirkət nümayəndəsinin sözlərinə görə pilot layihələrdən olan Həsən Əliyev Yaşayış Kompleksinin fasad işləri də artıq yekunlaşmaq üzrədir.
Simsar.az