Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Aqşin İbrahimi: QoyunŞÜVƏNLİK

Çox şey bilə bilərsən, amma hamısını deməzsən, çox yazı yazarsan, amma hamısı oxunmaz, çox söz çeynəyib ağzına qoyarsan, amma kütlə hamısını udmaz, buna hazır olmaz. Ancaq görürsən ki, kütlə bir çox hallarda kölgə fiqurlar tərəfindən kukla kimi idarə olunur. Belə hallarda qısa da olsa, bu süni gündəmlərə toxunmaq vacib olur.

Uzunçuluğu sevmədiyimdən konkret mətləbə keçəcəm. Hər il Qurban bayramı yaxınlaşdıqca bəzi kəsimlərdən bənzər etirazlar baş qaldırır. “Heyvan haqları”, “Erkək qətliamı”, “Qoyun soyqırımı”, “Müsəlmanların tanrısı qana susayıb” və s. tipli şüarlar sosial şəbəkələri bürüyür. Bu kəsimlərin kimlərdən ibarət olduğu hamıya məlumdur. Bəs, haqlı deyillərmi? Haqlı olduqları məqamlar var, ancaq səmimi əsla deyillər! Bu sözləri tək vegeterianlar desə, hardasa anlamaq olar. Ancaq bu şüarları deyənlərin mədəsindəki hələ həzm olunmamış heyvan tikəsidirsə, səmimiyət baş alıb gedir, deməkdir. İlin istənilən vaxtı istehlak edir, bircə Qurbanlıq gələndə etiraz edirsə, bağışlayın, bunun adı heyvan haqları yox, dinə qarşı önyarğısından qaynaqlanan heyvanşüvənlikdi. (Qoyunşüvənlik də demək olar). Bu ifadələri işlədənlərin çoxu fərqli görsənməyə çalışan “intiligent”lərdi. Dediklərindən belə çıxır ki, bunlar at minməz, inək saxlamaz, süd içməz, yumurta yeməz, xəz paltar, dəri ayaqqabı geyinməz, zövqə görə it, pişik, balıq, quş və.s. kimi heyvanları bəsləyib onların azadlıqlarını əllərindən almazlar. Axı, gözünüzün içinəcən yalan deyirsiz!..

Bu məntiqlə yanaşsaq, heyvanlar kimi bitkilər də canlıdır. Yaranır, yaşayır, çoxalır və sonda hər canlı kimi ölürlər. O zaman bir gülü də qoparmayın, bir almanı da ağacdan dərməyin. Yoxsa, sənə deyərlər ki, axı onun həyat haqqı var, niyə o meyvəni, o göyərtini diri-diri (!) yeyirsən, ay vəhşi?! Əslində isə, bitkinin də heyvanın da faydası elə onun yeyilməsində, müəyyən fayda üçün istifadə olunmasındadır. Ağac palçıqlı sudan, torpaqdan o mineralları alır, sonda onların ən dəyərlisini meyvəsində toplayır. Aydındır ki, bitkinin, meyvənin içindəki o vitaminlər insana faydalıdır. Bitki, ağac özü o meyvədən qidalanmır, insan onu istifadə etməsə, o meyvə də çürüyüb heyf olacaq, insan orqanizmi də o vitaminsiz zərər görəcək. Hər iki tərəfə zülm… Eləcə də heyvanlar… Biri yük digəri yem, geyim, ərzaq cəhətdən insana faydalıdır. Burada önəmli olan onlardan həddini aşmadan, yaradandan bir nemət olaraq gədiyini anlayaraq istifadə etməkdir.

Məsələdə digər bir maraqlı məqam da var. Hər şeyə ağılla, araşdırmayla yanaşmağa çalışan və bunu təbliğ edən ateistlərin çoxu məsələ dini olan kimi önyarğıya qapılıb düşüncəsiz danışırlar. Bir çox din(i)dar kimi… Balaca araşdırmayla və neytral yanaşmayla görünür ki, tarixdə heyvandan çox insan qurban etmə halları olub. Qədim Misirdə də, Mesopatemiyada da, Hindistanda da okeanın o tayında Asteklərdə, Mayyalılarda da bu rituallar geniş yayılıb. Hər il tanrıları razı salmaq adına yüzlərlə, bəzən minlərlə insan öldürülüb, hətta diri-diri ürəyi, daxili orqanları çıxarılıb. Bu qurbanlar çox vaxt könüllülərdən seçilirdi. Çünki avam kütləni aldadırdılar ki, 4 ildən sonra yenidən dünyaya qayıdacaqsız. Daha gözəl və daha yaxşı yaşayışla təmin olunmuş biri olaraq. Tək Allahlı bütün dinlər isə, dövrünə görə, insanlığın inkişaf səviyyəsinə uyğun cəmiyyətdəki absurd halları ya tamam yığışdırıb haram elan edib, ya da kütləni birdən-birə dəyişmək mümkün olmadığından tədricən həmin ayinləri təkmilləşdirib. Bəziləri İbrahimi şizofren kimi təqdim etməyə çalışır. Ancaq onlar bilmirlər ki, Hz. İbrahimə qədər tanrılara övlad qurban etmək adi hal idi. Dediyiniz ittihamı ancaq savadsız din(i)darlar yeyər, sevgili ateistlər. Əslində isə, Allah İbrahimin əhvalatında onun timsalında övlad qurbanı, insan öldürülməsi məsələsini birdəfəlik yığışdırdı. Bunu bəyənmədiyini, illah da bir şey kəsəcəksinizsə, bu insan yox, heyvan olsun mesajını verdi. Ardınca da “onların nə əti, nə də qanı Allaha çatar” dedi... (Həcc, 37.)  İndi siz düşünün qoyunmu olsun, insanmı? İkincini seçənlərin başlarının ilk qurban olmaları ən məntiqlisidir. Hə o ki, qaldı bu qaydanı da daha da təkmilləşdirməyə, bu tamam başqa mövzudur. Burada hər iki tərəfin razılaşacağı məqamlar da mütləq olacaqdır. Ancaq bir şey də var ki, insanlığın hazırki halı göstərir ki, insanlar bu gün öz hüquqlarını qorumaqda hələ də acizdirlər. Dövlətlərin , sistemlərin köləsi kimi çalışanların, hər sahədə haqqı yeyilənlərin heyvanların haqlarından dəm vurmaları isə gülüncdür. Yaxın Şərqdə, Afrikada, Asiyada və dünyanın bir çox qanayan yerləri sayılan bölgələrində hər gün onlarla insan başı kəsilir, qoca, körpə, qadın demədən böyük qüvvələrin məqsədləri uğruna həyatlarına son qoyulur. Acınacaqlısı da budur ki, indi məlum şüarları bayraq edənlərin o vəhşiliklər qarşısında heç səsi də çıxmır. O yazıq insanların haqqı yoxdurmu?! Öncə insan haqqı, sonra əslində o insanın ixtiyarına verilən heyvan haqqı!

Gülümsəyin, marjinal, fərqli düşüncəli, heyvanlara qəlbən üzülən, incə ruhlu vətənpərvər, ateist, deist, anti-islamçı cənablar.

 






6 Oktyabr, 2014  10:41 Baxılıb: 4117 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner