Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Aqşin İbrahimi: Namazlı, oruclu ateist dostu

1

Namaz qılıb oruc tuturam, amma hazırda geniş yayılan, mövcud dindən deyiləm! Özünü ateist adlandırıb həqiqətdə isə bu yalan və uydurulmuş dinin düşməni olanlar elə bizim dindəndir. Axı biz iman edənlər, onlara nə vaxt həqiqi dini nümayiş etdirdik ki, onlar da məhz onun ateisti olsunlar?! Mən də onların etiraz etdiyi dinin, onların etiraz etidiyi utopik peyğəmbərlərin, onların etiraz etdiyi göydəki tanrının olmadığını deyirəm. Mən də o dinin ateistiyəm! Onlar bizim itirdiyimiz bacı-qardaşlarımızdır. İndiki “dindar”lardan daha çox onların həqiqəti araşdırmağa çalışdıqlarını, düşündüklərini və anlayış sahibi olduqlarını görürəm

Hazırda din və dindarlıq elə bir həddə gətirilib çıxarılıb ki, cahil olmaq, dindar olmaqla eyni şey ifadə edir. Çünki həqiqi dinin, endilirən, yəni lütf olunan dinin yerini uydurulan din tutub. Böyük alimlərdən biri demişkən, “İslamda Tövhid dini cəmi 20-30 il hakimiyyətdə oldu. Sonrakıların hamısı Şirk dininin üzvləri idilər”.

Tarixə baxsaq bu sözlərin həqiqət olduğu gün kimi ortaya çıxar. Ağı qaraya, doğrunu yalana, həqiqəti utopiyaya qatandan sonra ortaya çıxan şey, məhz “yeni din” idi. Çünki bunlar hamısı din pərdəsi altında edilirdi. Heç bir molla, heç bir rahib, heç bir haham çıxıb mən yeni ideya gətirmişəm demirdi, hamısı etdiyini mövcud dinin adından edirdi. Pis olan da bu idi, ad eyni qalırdı, ancaq dinin içi dəyişdirilirdi… Və geniş kütlələr həqiqi dinlə uydurulan dini ayırd etməkdə çətinlik yaşamağa başlayırdı. Nəticədə kütlə kortəbii təlqin olnan mövcud dini qəbul etməyə razı olurdu. Əslində bu hal anlaşılandı. Əhalinin düşünən təbəqəsi, intellektli fərdlərinin sayı həmişə az olur. Ona görə kütlə hər zaman ona təqdim olunanla razılaşır. Digər düşüncə sahibləri isə bir az düşündükdən sonra, ümumiyyətlə, dinsiz olmağa qərar verirdilər. Bunlar da düşünən adamları dindən ayırırdı. Nəticədə ateistlərin sayı artdı. Din mövhumat və boş qaragüruha döndü.

Qərb bu lazımsız, sonradan yazılmış qadağalar yığını olan kilsənin əlindəki dinindən əl çəkdi və açıq aşkar qaranlığa getməkdən özünü qurtardı. Ondan sonra inkişaf da gəldi, kəşflər də. Şərq isə bu “yeni din”indən asanlıqla ayrıla bilmədi. Ona görə gerilik baş alıb getdi. Qıraqdan isə bu geriliyin səbəbinin əsl din olduğu görünməyə başladı… Gerçək din isə tamam başqa şeydir. Bu yazıda o mövzunu açmaq istəmirəm. Ancaq deyim ki, namaz qılıb, oruc tuturam, amma hazırda geniş yayılan mövcud dindən deyiləm! Özünü ateist adlandırıb həqiqətdə isə bu yalan və uydurulmuş dinin düşməni olanlar da elə bizim dindəndir. Axı biz iman edənlər, onlara nə vaxt həqiqi dini nümayiş etdirdik ki, onlar da məhz onun ateisti olsunlar?! Mən də onların etiraz etdiyi dinin, onların etiraz etidiyi utopik peyğəmbərlərin, onların etiraz etdiyi göydəki tanrının olmadığını deyirəm. Mən də o dinin ateistiyəm! Onlar bizim itirdiyimiz bacı-qardaşlarımızdır. İndiki “dindar”lardan daha çox onların həqiqəti araşdırmağa çalışdıqlarını, düşündüklərini və anlayış sahibi olduqlarını görürəm.
Etiraz etdiyim din və dindarlığın əlamətlərindən yadıma düşənləri sadalayım ki, belələrini görən kimi həqiqətin onlardan uzaq olduğunu və gerçək dinin bunların tam əksini istədiyini bilək:
Dindarlıq – Heç bir işi-gücü olmayıb, bütün günü məsciddə namaz qılıb, sonra veyillənməkdirsə, mən dindar deyiləm!

Dindarlıq – Nə özünə, nə ailəsinə, nə ətrafına, cəmiyyətinə bir xeyri olmamaqdırsa, mən dindar deyiləm!

Dindarlıq – “Biz daha dərin, batini şeylər düşünürük” deyib, görünüşünə, natəmizliyinə, ətrafa verdiyi neqativ təsirə, yaratdığı pis fikrə heç fikir də verməməkdirsə, mən dindar deyiləm!

Dindarlıq - Allahla bir az müsəlman, bir az “demokrat” olmaq üçün edilən bazarlıqdırsa, mən dindar deyiləm!

Dindarlıq – Qonşu, həm də eyni inanc daşıyan dövlətlərin əhalisi acından öləndə, sənin qızıl taxtda oturmağın, şahzadə oğlunun milyardlar verib klub almağıdırsa, mən dindar deyiləm!
Dindarlıq – Göylərin hakimiyyətini Allaha, yer üzünün hakimiyyətini saxta ilahlara verməkdirsə, mən dindar deyiləm!

Dindarlıq – “Allahıma da inanaram, falçıma da, bürcümə də” deməkdirsə, mən dindar deyiləm!
Dindarlıq – Bir il bütün günahları edib, yüzlərlə insanın haqqını yeyib, sonra təyin olunan bir gecədə dua edib, ağlamaqla tanrısını aldadacağını sanmaqdırsa, mən dindar deyiləm!

Dindarlıq – Allah rızası üçün etdiyini deyib, amma qarşılığını insanlardan gözləməkdirsə, yaxud saytda, afişada adı yazılmayanda adamı baxışı ilə yeməkdirsə, mən dindar deyiləm!

Dindarlıq – Gecə məscidin həyətində “əhya saxlamaq” adı ilə simiçka çırtlayıb, keks yeyib, zibillərini ora tökmək və səhər bütün o bölgənin camaatının ikrah hissinə səbəb olmaqdırsa mən dindar deyiləm!

Dindarlıq – Suriyada “cihad” edən qardaşları ilə yatacaq müsəlman qızların cənnətlik olacağı fətvasını verməkdirsə, mən dindar deyiləm!

Dindarlıq – Alim, imam deyilən adamların bir-birinə qara yaxmaq, reytinq yığmaq xatirinə boğuşması, təhqiridirsə, mən dindar deyiləm!

Dindarlıq – Cahilliyi tərk edib, İslamı mənimsəyincə, ətrafdakılardan isti münasibət görməyəndə imanını dondurmaqdırsa, mən dindar deyiləm!

Dindarlıq – Bir dəqiqə Allah üçün itaət etməsə belə, şeyxlərindən möcüzəvi zəfərlər və mükəmməllik gözləməkdirsə, mən dindar deyiləm!

Dindarlıq – 4 arvad alıb, sonra yavaş-yavaş boşayıb yerlərinə yeni 4-lüklər ala-ala bölgə qadınlarının 70%-i ilə “qanuni zina” etməkdirsə, mən dindar deyiləm!

Dindarlıq – Qulluğunu etmək üçün mütləq, yuxusunda bir ağ saqqallı, nur üzlü qocanın əlindən badə içməyi görüb, bunu gözləməkdirsə, mən dindar deyiləm!

Dindarlıq – Arvadını, qızını, peyğəmbərimizin (s.a.v.) bir xanımına tək çırtma belə vurmadığını bilə-bilə “eşşək sudan gəlincəyədək” döyməkdirsə, mən dindar deyiləm!

Dindarlıq – Görünüş üçün, bazarlıqlı, şərtli, faizli, yarımçıq iman etməkdirsə, mən dindar deyiləm!


Rabbim bizi bunlardan bəri qılsın. Dinimizin, həqiqətimizin, dəyərlərimizin əsasında insan durmalıdır. Axı, bu həqiqətlər insan üçün, onun rifahı üçün lütf olunmuşdu. (endirilmişdi) Biz isə onu hər məqsəd üçün istifadə etdik, insan xoşbəxtliyindən başqa...

Ardı var


Aqşin İbrahimi






19 Avqust, 2013  20:15 Baxılıb: 3086 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner