Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Aqşin İbrahimi: “Dinə qarşı din” deyən adam

“Əli Şəriəti həftəsi” çərçivəsində, dahi alimin doğum ildönümünə həsr olunur

 

 

 

 

 

"Ey azadlıq!

Mən zülmdən bezmişəm, əsarətdən bezmişəm, zəncirdən bezmişəm, zindandan bezmişəm, hökumətdən bezmişəm. Məcburiyyətə nifrət edirəm. Səni məhbus etmək və bağlamaq istəyən hər şeydən və hər kəsdən bezmişəm.

Həyatım, sənin üçün, gəncliyim sənin üçün, varlığım sənin üçündür!"

Əli Şəriəti ötən əsrə damğasını vuran bir alim olmasına baxmayaraq, bu gün də onu oxumağa ehtiyac duyulur. Bəlkə də onu digərlərindən fərqli edən ən əhəmiyyətli xüsusiyyət müdaifə etdiyi dəyərlərin hər zaman aktual olmasıdır. O, mövcud dindən də, "dindarlıq"dan da bezmişdi. Cahillikdən, mövhumatdan elmə sığınırdı. İndiki şirk dininə qarşı tövhid dininin mübarizə aparmalı olduğunu deyirdi. Ümumiyyətlə, heç bir peyğəmbərin (a.s.) ateizmlə, dinsizliklə mübarizə aparmadığını israrla təkrar edirdi: "Əslində bütün peyğəmbərlər yerli camaat arasında mövcud olan şirk dini və cahilliklə mübarizə aparırdı". Gərçək tövhid dininin üst-üstə yığsan 30-40 il hakimiyyətdə olduğunu vurğulayırdı. Qalan bütün dövrlərdə isə əsl din kimi görünən, gerçəkdə isə Allahın dini - kainatın idarə olunma sistemi ilə heç bir əlaqəsi olmayan yalançı dinin hakim olduğunu söyləyirdi. Din adına məzlumarın əzildiyini, kütlələrin qırıldığını acı ilə qələmə alırdı. Buna görə də, dindar görünmək üçün min qılığa girən mollaların, "din" xadimlərinin onu görməyə gözü yox idi.

Əli Şəriəti 1933-cü ildə İranda doğulub. İlk təhsilini İranda bitirdikdən sonra Paris Universitetində ədəbiyyat sahəsində doktorluq müdafiə edib. Doktorluğunu bitirib İrana döndüyündə dövləti, şah rejimini yıxmaq cəhdləri günahından həbsə atılıb. 1965-ci ildə Məşhəd Universitetində dərs verməyə başlayıb. Eyni zamanda Avropada, İranda "Hüseyniyyə-i İrşad" salonlarında konfranslar verib.

Şəriəti, cəmiyyətin hər təbəqəsindən olan savadlı kütləyə gənc tələbələrə təsir edirdi. O, geriliyi, yalançı dindarlığı, cəhaləti tənqid edirdi. İranın dini doğru anlamadığını göstərirdi. Belə açıq sözlü konfransları, çıxışları onlarla idi. İran cəmiyyətində onu sevənlər get-gedə çoxalırdı. Şəriəti çılğın ifadə tərzi, çalışqanlığı və qərb yönümlü təhsili ilə etirazlara tutarlı cavablar verə bilirdi. Bu keyfiyyətləri nəticəsində gənc alim təkcə İranda yox, Türkiyədə, Azərbaycanda, İraqda hətta Avropada da izləyicilər edinməyə nail oldu. Bu isə, təbii ki, müstəmləkə rejimi arzulayan, xalqın oyanmasını istəməyən qərbin, xüsusən, İngiltərənin və İrandakı dırnağarası dindarların xoşuna gəlmirdi. Dəfələrlə həbsindən sonra, nəhayətində ölkədən sürgün edildi. Sürgündən qısa müddət sonra ingilislərin planı və İranın Dövlət Təhlükəsizlik qurumu - SAVAK (İran kəşfiyyat təşkilatı) tərəfindən cəmi 44 yaşında şəhid edildi.

Şəriəti kitablarında bizlərə İslam dinini müasir dünyaya aid bir dillə yenidən anlama və izah etmə məsuliyyəti yükləyir. "Özünü inqilabçı yetişdirmək" kitabında ətraflı olaraq ələ aldığı gənc nəsil üçün problem gördüyü bəzi məsələlər; düşüncə kasıblığı, kitab, ətraf mühit və ağıllı dəstək kasadlığıdır: "Ruhunu itirmiş bir gənc, imperializmin tələsinə düşür. Ciddi, qiymətli və özünü bilən məsul bir tip olan digər gənc isə bizə yad olan ideologiyaların qucağına düşür". Günümüzə baxdığımızda bunun nümunəsini tez-tez görürük. Problemə həll olaraq isə bunları təklif edir: "Nə etmək və ya nə etməmək sualından daha əhəmiyyətli olan necə qalmaq sualıdır. Kapitalizm əleyhdarı bir istiqamət tapa bilməyən hər din, hər ideologiya hər İslam, hər məzhəb məğlubiyyətə məhkumdur. Bunların gələcəyi yoxdur".

Şəraitinin maraq dairəsini qismən də olsa açıqlasam: İnsanlıq, bərabərlik, azadlıq, kapitalizmin tənqidi, elm və sənət sahəsində azadlıq, arxayınlıq və özündən razılığın ziyanları, müsəlmanlıq və şüur. Beyində "oturuşmuş qəliblər"i dağıdan bir üsluba malik alim, qərbi də, şərqi də çox yaxşı bildiyindən həqiqətlər üzərindən hər iki tərəfi sərt şəkildə tənqid edirdi.

Əli Şəriəti kimilər tarixdə nadir olan örnək şəxsiyyətlərdəndir. Səhvləri ilə, düzləri ilə o bildiyi doğrular və həqiqətlər uğrunda var gücü və potensialı ilə çalışdı. Qısa ömrünə onlarla kitab, yüzlərlə konfrans sığdırdı. İnsanları zülmə qarşı dirənməyə, ədalətsizliyə əli ilə, dili ilə, canı ilə qarşı çıxmağa çağırdı.

Məhz belələri həqiqi şəhid - həyatını imanına şahid qılan - sayılmağa layiq olurlar.

Bu səbəbdən Əli Şəraitinin ideyalarını yenidən oxumağa və anlamağa ehtiyacımız var. Qərb qarşısında kompleksə düşən, güc və iqtidarı ələ keçirdikdən sonra həqiqəti unudan və kapitalizmə çıraq tutan insanlığa Əli Şəriəti oxumağı və oxuduqları ilə bacardığı qədər əməl etməyi tövsiyə edirəm. Bəlkə, ÖZümüzə qayıtmağımız bu şəkildə mümkün ola...

Aqşin İbrahimi

 

 






5 Dekabr, 2013  11:40 Baxılıb: 2835 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner