Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Asim Mollazadə: “Qərbpərəst siyasətçi deyiləm” - MÜSAHİBƏ, II HİSSƏ

Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri, Milli Məclisin deputatı Asim Mollazadə Simsar.az-ın suallarını cavablandırır.

Müsahibənin I hissəsini bu linkdən oxuya bilərsiniz:

http://simsar.az/news/a-52101.html

- Vaxtiylə Əbülfəz Elçibəyin qonağı olmusunuz. Onunla siyasi müstəvidə hansı söhbətləriniz olub? Əbülfəz bəy silahdaşları haqqında nələr danışardı?

- Mən Əbülfəz bəylə bağlı bir fikri hər zaman təkrar edirəm. Əbülfəz bəy öz millətini və dövlətin müstəqilliyini fövqəladə sevən bir şəxsiyyət idi. Bəli, bəlkə də onun dövlət idarəçiliyində bir o qədər təcrübəsi yox idi. Amma bu təcrübə hər zaman Əbülfəz bəydə sevgi ilə təmsil olunurdu. O, heç zaman Azərbaycana xələl gətirə biləcək hansısa addım atmayıb.

Silahdaşlara gəlincə mən bu cür məsələlərə toxunmaq istəməzdim. Bunun da səbəbini hər zaman cəmiyyətə açıqlayıram. Səbəb ondan ibarətdir ki, siyasətlə məşğul olan şəxslər barəsində onlara xələl gətirəcək fikirləri ifadə etmək istəmirəm. Düşünürəm ki, biz bir mərhələni adlamalıyıq. Çünki hər bir azərbaycanlı yanında olan azərbaycanlıya bir qardaş kimi baxmalıdır. Düşmən gözü ilə baxmamalıdır. “Azərbaycanlı azərbaycanlının qardaşıdır” amili Azərbaycanın siyasi mühitinə də gəlməlidir. Biz Azərbaycanın siyasi mədəniyyətini də dəyişdirə və inkişaf etdirə bilərik. Mən təəssüflə baxıram ki, bizim siyasətçilər öz mövculuğunu digərinə daş atmaqla, söyüş söyməkdə görür. Bu hər zaman mənə mənfi təsir göstərir. Çünki bu normal siyasi mədəniyyətə uyğun deyil. İndi mənim hər hansı bir fikir səsləndirməyim onlara xələl gətirə bilər. Mən hər bir azərbaycanlıya qardaşım kimi baxıram.

“Mən münəccim deyiləm, siyasətçiyəm”

- Asim müəllim Dağlıq Qarabağ probleminin həlli ilə bağlı nə deyə bilərsiniz?

- Azərbaycan dövlətinin yürütdüyü siyasətin ən əsas hədəfi münaqişənin sülh yolu ilə həllindən ibarətdir. Dövlətin hər bir işi - iqtisadiyatı, xarici siyasəti, təhlükəsizliyi və Silahlı Qüvvələrin güclənməyi də Dağlıq Qarabağla bağlıdır. Mənim heç şübhəm yoxdur ki, Qarabağı qaytaracağıq. Ancaq bu yolda bir amil olduqca mühümdür. Bununla bağlı mənim siyasi baxışım ondan ibarətdir ki, münaqişəni sülh yolu ilə həll etməyə çalışmalıyıq. Çünki ən böyük dəyər hər bir azərbaycanlının həyatıdır. İstəmirəm ki, müharibə olsun. İstəmirəm ki, gənc oğullarımız vaxtsız həyatla vidalaşsın. Ən qəhrəman və ən gözəl oğlanlarımızı ya itirmişik, yada onlar əlil olublar. Bu heç vaxt bərpa oluna amil deyil. Dağıdılmış şəhəri bərpa etmək olar, partladılmış avtomobilin əvəzinə yenisini almaq olar. Amma insan həyatı heç zaman əvəz oluna bilməz. Mən münaqişənin sülh yolu ilə çözümünün tərəfdarıyam. Əminəm ki, bunu üçün şans var. Azərbaycan bunun üzərində işləyir.

“Bu sahədə hökuməti ən çox tənqid edən siyasətçilərdənəm”

- Nə üçün Azərbaycan hökuməti orta təbəqənin yaradılmasında maraqlı deyil?

- İstəyim ondan ibarətdir ki, Azərbaycanada güclü və geniş orta təbəqə olsun. Geniş orta təbəqə də orta biznesin inkişafından ibarətdir. Mən onu da deyə bilərəm ki, dünyanın heç bir zəngin və uğurlu ölkəsi, hansısa transmilli korporasiya və “balina” şirkətlərin fəaliyyəti nəticəsində zənginləşməyib. Zənginlik məhz orta təbəqənin ağır əməyinin nəticəsində olur. Bizim hər zaman tələbimiz və istəyimiz budur. Bu sahənin genişlənməyi və güclənməyi Azərbaycan məmurlarının qarşısına qoyulan ən əsas vəzifə olmalıdır. Artıq sovet ənənəsinə son qoymalıyıq. Çünki o dövrdə özəl bizneslə məşğul olan təmurları rüşvətlə təmin edən təbəqə formalaşmışdı. Ümumiyyətlə özəl biznez qadağan idi. Amma kimki məşğul olurdusa hüquq-mühafizə orqanlarına rüşvət verirdi. “İş adamısan, deməli cəzasız qalmalısan” – xeyr, bu elə deyil. Hər bir dövlətin, hər bir cəmiyyətin özəyi iş adamının uğuruyla bağlıdır. Biz bunun üçün çalışmalıyıq. Bu yanaşmanı psixoloji olaraq cəmiyyətdə formalaşdırmalıyıq. İş adamı cəmiyyətimizin və dövlətimizin ən güclü şəxsi olmalıdır.

- Qərbpərəst siyasətçi kimi görünürsünüz. Neçə düşünürsünüz, bu gün ABŞ-Azərbaycan münasibətləri hansı səviyyədədir?

- Əslində mən qərbpərəst yox, azərbaycanpərəst siyasətçiyəm. ABŞ-la münasibətə gəlincə isə deyə bilərm ki, ümumiyyətlə hər iki dövlət biri birinə lazımdır. Çünki bu əməkdaşlığın böyük əhəmiyyəti var və davam etdirilməlidir. Həm siyasi, həm təhlükəsizlik, həm də enerji sahəsində əməkdaşlığa hər iki dövlətin böyük marağı var. Ən azından bu münasibətlərin pozulmasında maraqlı olan insanları sevindirməməliyik.

Hüseyn İbadlı

 






24 İyun, 2014  15:18 Baxılıb: 1490 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner