Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Elmar Hüseynov yazır: "Dünya bizi niyə eşitsin?"

Azərbaycanda hər kəsi düşündürən mövzulardan biri də ondan ibarətdir ki, biz niyə Azərbaycan həqiqətlərini dünyaya çatdıra bilmirik və ya dünya niyə hər kəsin sözünü eşidir, bizə çatanda isə qulaqlarını tıxayır? Heç özünüz özünüzə bu sualı vermisiniz? Bəlkə də aranızda bu suala cavab axtaranlar, hətta bu cavabı tapanlar olub. Amma indi həmin adamlardan cavabı soruşsan dodaqlarını sürüyüb, müxtəlif bəhanələr gətirərək susacaq. Nə üçün susacaq? İndi gəlin birlikdə cavab axtaraq.

İlk olaraq TV-lərimizi açaq, bütün kanalları yoxlayaq. Görək alternativ fikir varmı? Görəcəksiniz ki, yoxdur. Radiolar da eyni gündə. Keçək qəzetlərə. Ölkədə cəmi 5-10 qəzet çap olunur ki, onların da 80 faizi hökumət qəzetləridir. Yerdə qaldı internet resursları: saytlar və sosial şəbəkələr. İndi gəlin onlara diqqət yetirək. Öncə saytlardan başlayaq. Azərbaycanda fəaliyyət göstərən sayt və agentliklərin, demək olar ki, əksəriyyətinin hara iləsə bağlılığı var. İstənilən media agentliyinə və ya sayta ayrılan pul bircə gün kəsilsə, o media qurumu bağlanacaq və ya iflas edəcək. Böyüklər belədirsə, MEDİA-nın İnkişaf Agentliyindən aldığı pulla dolanışığını təmin edən balaca saytlar haqqında danışmağa dəyməz. Çünki artıq bu qurum özünü rəsmi olaraq jurnalistlərin "ağa"sı kimi aparır. Milli faciəmiz də burdan başlayır. Ömür boyu bir məqalə yaza bilməyən adamı gətirib qoyurlar MEDİA-nın İnkişafı Agentliyinə rəhbər, üstündən bir müddət keçdikdən sonra, azad sözün inkişafı naminə əlindən gələn köməyi edəcəyini demək əvəzinə jurnalistlərə məsləhət verir. Ondan maliyyələşən qurumların jurnalistləri susur. Özlərini media kapitanı adlandıranlar susur, Mətbuat Şurası ümumiyyətlə səsini çıxarmağa qorxur, qalır yerdə iki-üç, bir-tək jurnalist onlar da nə qədər etiraz etsinlər. Sonra da adları hər şeyə etriaz edən qalır. Deməli, həyatın axarı bu cür cızılır: jurnalist döyülür, söyülür, uşaqlarını bir tikə çörəklə təmin etmək üçün hansısa quruma müraciət edir, kənardan imkan vermirlər ki, sən hər şeyə etiraz edənsən. Nəhayət, bir gün Beynəlxalq Söz Azadlığı indeksinin hesabatı vaxtı gəlir. Medianın İnkişafı Agentliyinin məsləhəti qarşısında dilini qarnına qoyan sayt rəhbərləri, dilə-boğaza qoymur ki, yox e, Avropa, beynəlxalq aləm "neprav"dır. Azərbaycanda söz azadlığından daha böyük azadlıq yoxdur. Halbuki həmin şəxs elə dünən Medianın İnkişafı Agentliyinin məsləhəti qarşısında susmağa üstünlük vermişdi. Biz Azərbaycanda Azərbaycan həqiqətlərini deyə bilmiriksə, dünyada necə deyə bilərik? Və yaxud dünya buna qulaq asa bilərmi? Məncə yox. Min bir bəhanə etsək də ki, biz müsəlman ölkəsiyik, türkük bizdən zəhlələri gedir və s. özümüz də bilirik ki, dediklərimiz bəhanə, boş söhbətdir. Axı özümüz özümüzə inanmırıq, dünya bizə necə inansın?

Əgər saytlara nəzarətdən danışdıqsa, sosial şəbəkələrdən nədən danışmayaq? Niyə sosial şəbəkələrdə yazılan statusa görə jurnalist işdən çıxarılır, hansısa quruma çağırılır? Bu heç kəsi düşündürmür? Deyəsən yox. Çünki çox yaxın tarixdə gözüçıxmış qardaşları - Əli Həsənov və Vüqar Səfərli cütlüyünün taleyini unudublar.

Eyni hadisələr Əli Həsənovun dövründə də yaşanırdı. Onun miras qoyduğu sıxma-boğma prinsipi "yaxşı nəticə" verdi. Yaratdıqları "Söyüş" strategiyasının ən böyük meyvəsini də özləri yedi.

Bütün bunları görə-görə bəs Sizin fikriniz nədir? Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq istəyən 5-10 jurnalistin səsini kəsmək və Azərbaycana qulağını pambıqla tıxamış Avropaya Azərbaycan həqiqətlərini çatdıra bilməmək? Onsuz da 30 il torpağı işğal olunmuş, qaçqın, məcburi köçkün həyatı yaşamış, uşaqlığından gecələri güllə səsi ilə yatıb, güllə səsi ilə oyanan, 44 günlük Vətən müharibəsindən çıxan, qardaşları qazi, şəhid olan, gəncliyindən bir tərəfdən sosial sıxıntılar, digər tərəfdən də yaratdığınız süni əngəllərlə döyüşən, əlində qələm sağı-solu da düşmən olan Azərbaycan jurnalistini barı siz məhv etməyin!







22 Avqust, 2022  11:31 Baxılıb: 10341 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






10 Yanvar, 2024  13:27














23 Oktyabr, 2023  12:30

sagbanner