Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

"Gələcəkdə cənnətə çevriləcək ərazilərimizdə bizim də izimizin olmasını istəyirik"

Prezident İlham Əliyev bir neçə gün bundan əvvəl  yerli telekanallara verdiyi müsahibədə  özəl sektora çağırış etdi. Uzun illərdir tikinti sahəsində fəaliyyət göstərdiyimiz üçün bu çağırış xüsusilə diqqətimi çəkdi.  Bu gün işğaldan azad edilən ərazilərdə sosial-iqtisadi sahələrin bərpasına yerli və xarici biznes nümayəndələrinin investisiya qoymaları üçün əlverişli mühitin yaradılması qarşıya mühüm vəzifə kimi qoyulub.  Bu məqsədlə Prezident İlham Əliyevin təsdiq etdiyi “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” da mövcuddur. Düşünürəm işğaldan azad olunmuş ərazilərə qoyulan investisiyanın heç bir riski yoxdur. Rəhbərlik etdiyim Sipark İnşaat tikinti şirkəti 20 ilə yaxındır ki, bu sahədə böyük işlər görüb. Bakıda və bölgələrdə, o cümlədən Xaçmaz, Şəmkir rayonlarında tikinti layihələri həyata keçirib. İndi isə fəaliyyətimizi daha da genişləndirmək, və prezidentin çağırışına dəstək vermək məqsədilə işğaldan azad edilən torpaqlarımızda xidmət etməyi qərara aldıq. Erməni vandallarının xarabazara çevirdikləri yurdumuzun bərpasında qatqımızın olmasını çox istəyirik.  Cənab prezidentin çağırışı və tövsiyyələri, bir növ artıq addım atmağımıza rəvac verdi.

Qarabağda, Zəngəzurda,  genişmiqyaslı bərpa və yenidənqurma işləri sürətlə apa¬rılır.  İşğaldan azad edilən ərazilər möhtəşəm tikinti meydanı kimi diqqət çəkir. Prezident bu məsələyə xüsusilə toxunaraq bildirir vaxt gələcək Qarabağı və Zəngəzuru cənnətə çevirəcəyik. Odur ki, gələcəkdə cənnətə çevriləcək ərazilərimizdə tikinti sahəsində bizim də izimizin olmasını istəyirik.

Ümumiyyətlə düşməndən təmizlənən tor¬paqlarda infrastrukturun yaradılması, magistralların yenidən qurulması və yeni yolların çəkilməsi göz önündədir. Qısa müddətdə ağıllı kəndlərin, qəsəbələrin salınması, şəhərlərin bütün baş planlarının təsdiqlənməsi ölkə başçısının bu işlərdə nə qədər əzmkar olduğunu bir daha sübüt edir. Bu gün hər kəs Qarabağın yenilənməsi və bərpası üçün çalışmalıdır.

Bir iş adamı kimi deyə bilərəm ki, Azərbaycanda biznes dairələri üçün çox gözəl şərait yaradılıb. Bu cür şəraitin yaradılması və dövlətin iş adamnlarına göstərdiyi diqqətə görə sosial məsuliyyətinə də qoşulmağı özümüzə borc bilməliyik. Ali baş komandanın çağırışına hər kəs öz sahəsində səfərbər olmalıdır.

Sipark İnşaatın fəaliyyəti daha çox tikinti və turizm sahəsini əhatə etdiyinə görə məhz bu sahələrin yenidən can¬landırılması üçün yeni layihələr hazırlamağı proqramımıza daxil etmişik. Daha dəqiq 2024-2025 -ci illərdə nəzərdə tutduğumuz proyektlər sırasında işğaldan azad olunmuş rayon və şəhərlərimizdə zövqlü memarlıq nümunələri və turizmin inkişafına dəstək verən layihələr həyata keçirməyi düşünürük.

Seymur İSAYEV,

İş adamı, Sipark İnşaat şirkətinin rəhbəri

 






12 Yanvar, 2024  19:04 Baxılıb: 5418 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner