Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

Asim Mollazadə: “Atatürkün müəllimləri Azərbaycan dahiləri olub” - FOTO

“Yəhudi icmaları informasiya müharibəsində bizə dəstək verir”

Bizi şəxsi kabinetində qarşıladı. Səmimi söhbət zamanı lap gənclik çağlarından başlayaraq bu günə kimi keçdiyi həyat yollarının bəzi səhifələrini bizim üçün vərəqlədi. Düzü siyasətçi olduğu üçün bu qədər səmimi söhbət edə biləcəyimizə ümid etmirdim. Amma bu baş verdi... Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri, Milli Məclisin deputatı Asim Mollazadə Simsar.az-a danışır.

BİRİNCİ HİSSƏ

Azərbaycanın xarici siyasəti

Azərbaycanın xarici siyasətinin strategiyası ilk növbədə iki tərəfli münasibətlər üzərində qurulub. Məhz buna görə dünyanın aparıcı ölkələri ilə bir neçə sahədə əməkdaşlıq edilir. Ölkəmiz enerji sahəsində daha çox inkişaf edib. Azərbaycanın Avropanın və dünyanın enerji təhlükəsizliyinin qorunmasında, bu sahədə inhisarın dağıdılmasında böyük rolu var. Bu bizə imkan yaradır ki, neft və qaz sahəsindən istifadə edərək yeni bir infrasturtur formalaşdıraq. Bu prinsipə uyğun olaraq ölkəmiz öz maliyyəsi hesabına Yeni İpək Yolu Layihəsini reallaşdırır. Vaxt var idi ki, 1990-cı illin əvvəllində Azərbayvan investisiyaları cəlb edən ölkə idi. Bu gün isə dost və müttəfiq ölkələrə investisiya yatırır. Bunun əsasında nəqliyyat, enerjinin nəqli və komunikasiya sahələrində çox ciddi naliyyətlər əldə edib və bu sistemi genişləndirir. Gələn il Çinlə Azərbaycanı birləşdirəcək dəmir yolu sistemi formalaşdırılacaq. Yeni avtomobil magistral yolları salınacaq. Çünki son illər infrasturktur sahəsinə yatırılan vəsaitlər imkan verir ki, Azərbaycan çoxşaxəli avtomobil yolları ilə Şəqlə Qərbi, Şimalla Cənubu birləşdirən sistem formalaşdırsın. Faktiki olar Azərbaycan Türkiyəyənin neft-kimya sahəsinə böyük yatırım edir. Bu isə Türkiyənin Azərbaycana yatrımına nisbətdə 10 qat artıqdır. Hazırda Trans-Anatolian Gas Pipeline (TANAP) layihəsi reallaşır. Bununla yanaşı digər beynəlxalq tərəfdaşlarımızla Trans Adriatik Pipeline (TAP) vasitəsi ilə Xəzər hövzəsini Avropanın çoxşaxəli enerji sisteminə qovuşdurmaq üçün böyük addımlar atırıq. Bu isə böyük əməkdaşlıq və dostluq deməkdir.

“Biz ikitərəfli münasibətlərə daha çox diqqət yetiririk”

Riaziyyat elmində oyunlar nəziriyəsi var. Orda bir sıra sıfırla nəticələn oyunlar var. Münaqişə zamanı güclə nə isə əldə edilirsə bu oyun kimi qeyd edilir və axırı hər zaman sıfır olur. Əgər iki və üç nəfər birləşərək o birisinə qarşı tərəfdaşlığını düzgün formalaşdıra bilirsə bunun sonu hər zaman qələbə ilə nəticələnir. Azərbaycanın xarici strategiyası da bundan ibarətdir. Çünki təbii olaraq ikitərəfli münasibətlərə daha çox diqqət yetiririk. Bu bizim xarici siyasətimizn prioritetidir. Bununla yanaşı biz çalışırıq ki, iki-üç ölkələr formatında ciddi naliyətlər əldə edək. Məsələn, Azərbaycan-Gürcüstan-Türkiyə birliyi nəticəsində mühüm  İpək Yolu Dəhlizi formalaşdı. Azərbaycan-Türkiyə-Türmənistan əməkdaşlığı da formalaşmaq üzrədir. Gələcəkdə bu əməkdaşlıq Orta Asiya ölkələri ilə Azərbaycan münasibətlərini inkişaf etdirə bilər. Təbii olaraq Avropa Birliyinə daxil olan və daxil olmayan ölkələrlə də əməkdaşlıq edilir. ABŞ-la da çox ciddi əməkdaşlığımız mövcuddur. Azərbaycan Rusiya ilə məhz normal qonşuluq və çoxşaxəli əməkdaşlıq siyasətini davam etdirir. Hətta geoloji və siyasi məsələlərdə İranla da ciddi qonşuluq münasibətləri qurulub. Bu özü-özlüyündə ölkəmizin xarici siyasət prioritetlərinin təməl prinsipləridir.

“Yəhudi icmaları informasiya müharibəsində bizə dəstək verir”

-Azərbaycan tarixən dünya üzərində gözəl təcrübəsi var. Buna Qərbdə tolerantlıq deyirlər. Bu isə əslində sivilizasiyaların və mədəniyyətlərin əməkdaşlığıdır. Mənə belə gəlir ki, məhz bu sahədə fərqli dini və etnik mənşəyə malik olan insanların Azərbaycan mədəniyyətinə töhfə verməyi, Azərbaycanda dinc və qardaşlıq şəraitində yaşamağı bizə çox ciddi üstünlüklər verir. Azərbaycan-İsrail əməkdaşlığı onunla bağlıdır ki, yəhudilər min illərlə dinc şəraitdə yaşayıblar. İndi məhz informasiya müharibəsində bizə dəstək verən yəhudi icmalarıdır. Çünki onlar bilirlər ki, Azərbaycan xalqı hər zaman yəhudilərə tam fəqli yanaşıb və əməkdaşlıq mühiti yarada biliblər.

“Aleksandr Puşkinin heykəlini müstəqillikdən sonra ucaltmışıq”

Azərbaycan xristianlarla da yaxşı münasibətlər qurub. Bu gün bu münasibətlər davam etdirilir. Rusiya Dumasının nümayəndələri ilə bir televiziya proqramında iştirak edirdik. Mən çox məmnun qaldım ki, Rusiya millət vəkilləri Azərbaycanla bağlı həqiqətləri real şəkildə dilə gətirdilər. Onlar deyirdilər ki, SSRİ-nin heç bir yerində belə bir xalq yoxdu ki, rus dilinə, rus mədəniyyətinə və rus icmasına hörmətlə yanaşsın. Məhz Azərbaycanda bu dəyərlər bu gün də qorunub saxlanılır. Bu gün Azərbaycanda rus dilində məktəblərdə fəaliyyət göstərir. Univeristetlərin fakültələri də açılıb. Düşünürəm ki, Slavyan Univeristeti ilə ciddi fəxr etməliyik. Bu univeristetin yerləşdiyi ərazi mənim seçki dairəmdi. Mən orda tez-tez oluram. Univeristetin nəzdində rus mərkəzi var. Bu özü-özlüyündə çox böyük və maraqlı təcrübədir. Rusiyada da buna müəyyən mənada ehtiyac var. Rusiyanın böyük şairi Alksandr Puşkinin heykəlini müstəqillikdən sonra ucaltmışıq. Eyni zamanda Naxçıvanda da onun heykəli var. Bu onu göstərir ki, Azərbaycan rus ədəbiyyatına və rus xalqına böyük hörmətlə yanaşır. Bunu da ciddi qiymətləndirmək lazımdı. Bu bizim böyük təcrübəmizdir. Çünki bu, Azərbaycanın xarici siyasətində çox mühüm amildir.

“Mustafa Kamal Atatürkün müəllimləri Azərbaycan dahiləri olub”

-Şərqdə ilk müstəqil dövləti, birinci çox partiyalı parlamenti yaradan Azərbaycan xalqıdır. Hətta Mustafa Kamal Atatürkün müəllimləri də Azərbaycan dahiləri olub. Azərbaycan modelini Türkiyə bizdən sonra öz dövlət quruculuğunda istifadə edib. Rusiya İmperiyası dövründə Əlimərdan bəy Topçubaşov Rusiyanın birinci Dumasının Müsəlman Fraksiyasının rəhbəri təyin edilib. Yəni, Rusiya İmperiyasında yaşayan bütün müsəlmanların lideri Azərbaycanlı olub.  Bu, Azərbaycanın işıqlı ideyalarını İslam Dünyasına çatdırmaq üçün müəyyən missiyadır.  Bu amillərin xarici siyasətə müəyyən qədər təsir göstərmək imkanları var.

“1918-ci ildə əldə etdiyimiz dəyərlər bu gün də yaşayır”

O dövrün tarixinə bu günün dəyərləri ilə qiymət vermək çox çətindir. Bəli, o zaman müstəqilliyimizi itirdik, istiqlalımızı qoruya bilmədik. Ancaq əldə etdiyimiz dəyərlər bu gün də yaşayır. Çox vaxt məndən soruşurlar: “Necə oldu ki, Azərbaycan İslam Dünyasının liderinə çevrilə bildi?” Burda müəyyən amillər rol oynayırdı. Təbii ki, Azərbaycanda çoxmədəniyyətli bir mühit formalaşmışdı. Bununla yanaşı mənə elə gəlir ki, XIX əsrin sonunda, XX əsrin əvvələrində Azərbaycanın neft amili böyük rol oynadı. Yəni söhbət nədən gedir? Həmin illərdə neftin mövcudluğu bizə imkan verdi ki, Azərbaycanın istedadlı gənclərinin üzünə dünyanın ən böyük univeristetlərininn qapıları açılsın. Buna görə də Sankt-Peterburq konservatoriyasında təhsil almış Üzeyir Hacıbəyov şərq klassik müsiqisinin banisi ola bildi. Dünya univeristetlərini bitirən gənc azərbaycanlılar bu fikirləri, bu ideyaları İslam Dünyasına çatdıra bildi. Bu amil biliklə və inkişafla bağlıdır. Azərbaycanın tarixi missiyası nefti insan amilinə çevirməkdi.  Bu gündə hər bir azərbaycanlının təhsilini, mədəniyyətini, sağlamlığını qorumaq və inkişaf etdirmək dövlətin əsas prinsipi olmalıdır.

“Nə Vaşinqton, nə Brüssel, nə Ankara, nə də yenidən Moskva bizim “böyük qardaş”ımız olmayacaq”.

Bu  gün Azərbaycan üçün ən həssas məsələ müstəqillik amilidir.  Bu amil hər bir azərbaycanlı üçün önəmli məsələdir. Amma Azərbaycan dövləti üçün xüsusi həssas məsələdir. Hər zaman xaricdə çıxışlarım zamanı bildirirəm ki, biz sizlərlə dostuq,  tərəfdaşıq. Amma bilin ki, biz, artıq “böyük qardaş”ımıza ona görə əlvida deməmişik ki, kimsə gəlib yeni bir “böyük qardaş”ımız olsun. Nə Vaşinqton, nə Bürüsel, nə Ankara, nə də yenidən Moskva bizim “böyük qardaş”ımız olmayacaq. Bizim qardaşa deyil, tərəfdaşa ehtiyyacımız var. Əsas missiyamız dövlətimizin, xalqımızın, ordumuzun gücünü artırmaqdan ibarət olmalıdır. Dövlətin gücü onun vətəndaşlarının gücündən aslıdır.

İkinci hissədə

Asim Mollazadənin Əbülfəz Elçibəylə əlaqələri barədə və Azərbaycan müxalifəti haqqında fikirlərini oxuya biləcəksiz

 

Hüseyn İbadlı

Siyasət Şöbəsi

 






6 İyun, 2014  14:08 Baxılıb: 3540 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner