Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Reportaj

KEÇİDLƏR CƏRİMƏ ETMƏK ÜÇÜNDÜR? – REPORTAJ – FOTOSESSİYA

Əməkdaşımız şəhərdəki keçidlərdən istifadənin vəziyyətini öyrənmək üçün keçidlərin ətrafında müşahidə aparıb

Xarici ölkələrin bir çoxunda vətəndaşların küçələrdə rahat hərəkətinin təhlükəsizliyini təmin etmək üçün keçidlərin vəziyyətinə ciddi fikir verilir. Lakin təəssüflə qeyd etməliyik ki, ölkəmizdə keçidlərin insanların həyatındakı rolu bir o qədər dərk edilmir. Doğma paytaxtımız Bakıda və respublikamızın digər şəhərlərində piyadalar keçidlərdən istifadə etmirlər. Piyadalar hər gün həyatlarını təhlükəyə ataraq, avtomobil yolunu hardan gəldi keçməyə çalışırlar. Hətta bu hərəkətlərinə haqq qazandırmağa çalışan piyadalar da var. Gecə vaxtları piyadaların belə yol keçmək istəyi sürücülərin vəziyyətini daha da çətinləşdirir. Sürücülər qaranlıqda piyadaları yaxşı seçə bilmir və bu qəzaya səbəb olur. Əhalinin keçidləri lazımi səviyyədə istifadə etməməsi, piyadalarla bərabər sürücülərin də həyatını təhlükəyə atır.

Bu problemlə yaxından tanış olmaq məqsədilə bəzi keçidlərin ətrafında müşahidə apardıq.

Keçidlərdən istifadə etməyən şəxsləri cərimələyən və adının çəkilməsini istəməyən Yol polisinin əməkdaşları dedilər ki, insanlarda keçid mədəniyyəti hələ də formalaşmayıb. Cərimə olunan şəxslər, inanırıq ki, bundan sonra keçidlərdən istifadə edəcəklər. Piyadalarınyol-hərəkəti qaydalarına riayət etməmələri bir sıra qəza hadisələrini artırır. Pidayaların öz həyatlarına və sürücülərin taleyinə belə biganə münasibəti başadüşülməzdir. Burda (T.Z - Heydər Əliyev Sarayının yanı nəzərdə tutulur) gün ərzində keçirdiyimiz reydlərdə 10-dan çox piyada cərimə olunub. Hər gün eyni sayda cərimə tətbiq edilir.

Yol polisi piyadaları günahlandırdığı üçün, piyadalardan da keçidlərdən istifadə etməyə nə qədər həvəsli həvəsli olmadıqlarını öyrəndik.

Piyada Ruslan Məmmədov (30 yaş) “keçidlərdən istifadə edə bilmirəm, harasa gedəndə çox tələsirəm, keçidə düşmək, çıxmaq vaxtımı alır. Ona görə də, yoldan keçirəm. Cərimə olunmamaq üçün polis olanda məcbur keçiddən keçirəm” - deyir.
Xatirə Süleymanova ( 32 yaş) bunu dedi: “Uşaqlı olduğuma görə keçiddən keçirəm, yoldan çox uzaq olsa da, maşın yolumuz da pisdi, həmişə çalışıram keçiddən istifadə edəm”.

Qənirə Nəcəfova (54 yaş) bugünkü nəqliyyat sistemini nəzərə alsaq, keçidlərdən istifadə eləməyin daha təhlükəsiz olduğunu bildirir: “ Gün ərzində yollarda nə qədər qəzalar baş verir,adam vurulur. Keçidlər belə hadisələrin qarşısını almaq üçün ən optimal yoldur. İndi keçidlər çoxalıb, əvvəllər keçidlər elə idi ki, adam içinə düşməyə qorxurdu, çox qaranlıq olurdu. İndi şükür Allaha saraya oxşayırlar. Mən istiyərəm ki, keçidlərimiz daha çoxalsın. Cavanlar da yeraltı, yerüstü keçidlərdən istifadə etsələr çox yaxşı olar”.

Elmar İbrahimov ( 21 yaş) adlı gənc isə, keçidlərdən deyil, yollardan istifadə etdiyini, hətta cərimələrdən xəbəri olmadığını bildirir: “ mən həmişə harasa gedəndə tələsirəm, keçidə düşüb- çıxmaq isə vaxt itkisidir. Buna görə, yoldan istifadə edirəm”.

Təhminə Hüseynova (23 yaş) isə lazım olanda keçiddən istifadə etdiyini bildirir: “Maşın çox olanda, polis olanda, yağış-qar olanda islanmamaq üçün keçiddən, amma maşın az olan vaxtı svetofor olan yoldan keçirəm”.

Nuranə Əmirova (22 yaş) isə yoldan keçdiyi üçün cərimə olunan piyadamızdı: “İmtahana gecikdiyimdən, keçiddə düşmədim, yoldan keçirdim, tələsdiyimdən yolun o tərəfindəki polisi görmədim o da məni 20 manat cərimə elədi. Üstümdə o qədər pul olmadığımdan şəxsiyyət vəsiqəmə yazıblar. Ailəmizdə də atam bu mövzuda ciddi olduğundan, heç kimə deməmişəm. Ancaq mən elə düşünürəm ki, polis müəyyən vaxtlarda yollarda durub nəzarət edir, həmin vaxtlarda yoldan keçənləri cərimə edirlər, bu haqqsızlıqdır. Bəs başqa vaxt yoldan keçənləri necə cərimə edirlər? Keçidlər cərimə etmək üçündür?”

Bakı şəhər Dövlət Yol Polisinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov Simsar.az-a açıqlamasında vətəndaşların keçidlərdən istifadəsinin vacib olduğunu açıqladı : “Piyadaların təhlükəsizliyini təmin etmək üçün paytaxtda və Azərbaycanın digər regionlarında yerüstü və yeraltı keçidlər tikilib. Keçən ilə qədər paytaxtda 9 yeraltı keçid olduğu halda, hazırda 60-a yaxın yerüstü və yeraltı keçidlər tikilib, istifadəyə verilib. Hazırda da yeni yeraltı keçidlərin tikintisi davam edir. Aparılan müşahidələr piyadaların keçiddən istifadə hallarının zəif də olsa getdikcə artığını göstərir. Keçən il 24000 min nəfər, bu il yanvar ayından isə 8000 nəfər cərimə tətbiq olunub. Yol hərəkəti haqqında qanunda vətəndaşların 40-cı maddəsində hüquq və vəzifələrinə görə, yol hərəkəti qaydalarına riayət etməlidir. Bu qaydalar pozulduqda İnzibati Xətalar Məcəlləsinin 153-cü maddəsinə əsasən 20 manat cərimə olunacaq. Cərimələr 2011-ci ilin iynunda 10 manatdan 20 manat qaldırılıb.
Vətəndaşların əhlükəsizliklə bağlə, yol hərəkəti qaydalarına, nizam-intizam qaydalarına riayət etməsi zərurəti hələ də var.
Keçidlər hazırda polis əməkdaşları tərəfindən nəzarətə götürülüb. Əməkdaşların nəzarətilə piydaların yol keçərkən keçidlərdən istifadə etməsi təmin olunur.
Piyadaların keçidlərə üstünlük verməsi üçün təbliğat işləridə aparılmalıdır”.

Turanə Zeynallı

 

 






8 Fevral, 2013  18:42 Baxılıb: 2283 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18

sagbanner