Bağla
Mən artıq bəyənmişəm!
    
Simsar.az | bizi özünüzə Simsar bilin

Hüseyn İbadlı: Nərimanovun sərçələri

May ayının ilk günləri idi. Günün nizamına uyğun olaraq səhər yuxudan ayılıb, təzə dəmlənmiş pürrəngi çaydan bir qurtum içib tələsik işə yollandım... Bilirsiz ki, tələsən adam üçün, Bakıda yerüstü ictimai nəqliyyatdan istiafədə etməyin özü böyük bir dərddir. Çünki marşrut avtobusları şəhər yollarındakı tıxaclarda ilişib saatlarla qala bilər. Bunun da müqabilində ya işdən çıxmalısan, ya da töhmət almalısan.

Məhz tıxac probleminə görə avtobusdan istifadə etmək fikrindən vaz keçdim. Elə ağlıma da ilk gələn, yaxınlıqdakı Metrodan istifadə etmək oldu. Nəriman Nərimanov metrostansiyasına girdim. Pul yükləmə aparatına yaxınlaşdım. Kartı aparatın yaşıl işığı yanan oyuğuna qoysam da, məcbur qaldım ki, manatlıq nominantı iki dəfə dəyişəm. Müasir aparatlar deyəsən hər pulu qəbul etməyi xoşlamırlar. Nəhayət, zor-bəla pulu yüklədim…  Amma mənim kartıma pul yükləmək istəyənlər növbəyə dayanmışdılar. İnsalıq xatirinə 3-4 nəfəri turnikettən keçirməli oldum. Hələ bu harasıdır, deyəsən qarşıda məni yeni-yeni sürprizlər gözləyirdi…

Eskalatorda olarkən, tez-tez "elektron xanım"ın – "Eskalatorla hərəkət edərkən sağ tərəfdə dayanın. Sol tərəfi ekçid üçün boş saxlayın" sözlərinə qulaq asmalı oldum. Amma, onu da deyim ki, burda “it hürər, karvan keçər”, məsəlini xatırlatmasam ürəyim partlayar. Kim idi, "elektron xanım"ın incə nəvazişli sözlərini saya alan?!

Öz-özlüyümdə bu nizamsızlığı üç səbəblə əlaqələndirirdim. Birincisi,  həmin qaydaların "electron” şəkildə verilməsidir. Biz “qılınc müsəlmanıq”. Üstümüzə 3-4 dəfə qışqırmasalar, polislə hədələməsələr – kimdi deyilənə əməl edən?!

İkincisi, əsas problemlərdən biri bu səsi çıxaranın “xanım" olmasıdır. Onun yerində “elektron kişi” olsaydı və min-bir cürə bağırtı ilə müraciət etsəydi bəlkə də deyilənlərə hörmətlə yanaşan olardı.

Üçüncüsü isə xalqda hələ ki, ictimai nəqliyyat mədəniyyəti formalaşmayıb. İctiami nəqliyyatdan istifadə edərkən, biri telefonda ucadan, qışqıra-qışqıra danışmadısa, digəri ayaqlarını tapdalamadısa, başqa biri çiyninə minmədisə, onda bu nə ictimai nəqliyyat oldu?!

Artıq bu düşüncələrdə olarkən, gözləmə zolağına çatmışdım. Burda da 5-6 dəqiqə gözləmək lazımdır ki, qatar gəlsin.

Gözləmə zolağında qatarı gözləyərkən 30-35 yaşlı bir xanım da gəlib mən durduğum yerdə dayandı. O da mənim kimi işə tələsənə oxşayırdı. Hər ikimizin qatarı gözləməyimizdən 2-3 dəqiqə ötmüşdü ki, həmin xanımın kimisə söydüyünü eşitdim. Yana çevriləndə əlindəki dəsmalla əynindəki ağ libasını təmizlədiyini gördüm. Doğrusu, nə baş verdiyi mənim üçün qaranlıq idi. Jurnalist marağım mənə güc gəldi. Nə baş verdiyini soruşdum. Əli ilə mənə platformanın tavan hissəsini göstərdi. Başımı qaldırıb diqqətlə yuxarı baxanda gözlərimə inanmadım.

Metronun içində sərçələr… Bir anlıq yadıma kənd həyatı düşdü. Axı, belə hallarla daha çox kənddə qarşılaşmaq olur.

Xanım isə işə gecikməli olduğu halda evə qayıdası oldu. Yazıq işə tələsməyi bir tərəfə, təzədən gedib libasını dəyişmək məcburiyyətində qaldı. Nə demək olar?! Bu, da onun qismətində imiş. Bəlkə də tezliklə “varlanacaq”, daha bir də metrodan istifadə etməyəck.

Amma metrodakı quşlar da yenidən “varlanacaq” şəxsi gözləyəcək…

Mənim üçün ən maraqlı məqamsa ondan ibarətdir ki, bu sərçələr platformaya necə daxil olub?! Daxil olublarsa, çıxarmaq mümkün deyilmi?

Bu hadisədən 4 ay keçsə də, həmin quşlar yenə də öz işlərindədirlər. Amma nədənsə Bakı Metropoitenin əməkdaşlarının gözərinə görünmürlər. Ötən gün işlə əlaqədar yenidən həmin stansiyasından keçməli oldum. Yenə də əvvəlki sürprizlərlə qarşılaşdım. Amma bu dəfə ötən dəfəkindən fərqli olaraq, sərçələrin sayı artıb, 3 olub.

İndi düşünürəm ki, bir neçə ay belə davam etsə, metronu sərçələr basacaq, onda nağaracuğ a?!

P.S. Bütün bunlardan sonra adam elə demək istəyir ki, “hardasan, ay Tağı…!!!”

Hüseyn İbadlı






17 Sentyabr, 2014  15:52 Baxılıb: 3495 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
29 Noyabr, 2024  12:14

27 Noyabr, 2024  13:23


18 Noyabr, 2024  14:19

18 Noyabr, 2024  13:18


30 Sentyabr, 2024  12:25


16 Sentyabr, 2024  12:49

12 Sentyabr, 2024  11:08












10 İyun, 2024  16:13

7 İyun, 2024  12:18

6 İyun, 2024  14:22





31 May, 2024  15:30





24 May, 2024  14:01

23 May, 2024  16:06





6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16