Bağla
Mən artıq bəyənmişəm!
    
Simsar.az | bizi özünüzə Simsar bilin

SİYASƏT

Gənc cəbhəçinin həbsi məsələsi böyüyür

Rəbiyyət Aslanova da Cabbar Savalanın həbsinə münasibət bildirdi

“Mən Cabbar Savalanlının işi ilə maraqlanacam. Amma məlum olacaq ki, həmin şəxsin fəaliyyətində qanunazidd məqamlar olduğuna görə polis tərəfindən saxlanılıb”. Milli Məclisin insan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova “Media forum” saytına açıqlamasında belə deyib. 

O bildirib ki, polis günahı olmayan şəxsi həbs etmir: “Əgər polis kimisə həbs edibsə, deməli, bunun üçün əlində əsas olub. Azərbaycan polisi həmişə olduğu kimi indi də insan hüquqlarının keşiyində durub və insan hüquqlarının qorunmasını təmin edir. Polis günahı olmayan heç kəsin, xüsusən də bir gəncin həbsinə yol verməz.

Cabbar Savalanlının partiyasının, tərəfdaşlarının dedikləri onun fəaliyyətinə haqq qazandırmaq cəhdidir. Amma mən tam əminəm ki, həmin insanın günahı yoxdursa, heç nədən qorxmasına əsas yoxdur. Mən onun işi ilə maraqlanacam”.

Komitə sədri onu da vurğulayıb ki, Cabbar Savalanlıya gənc və tələbə olmasına görə humanistlik göstərilməsinin əleyhinədir: “Mən bunun tam əleyhinəyəm. Əgər kiminsə fəaliyyətində qanunazidd məqamlar varsa, gəncliyinə, tələbəliyinə görə ona güzəşt edilə bilməz. Qanun pozuntusu varsa, onun cəzası da olmalıdır”.

Azərbaycan Xalq Cəbhəsi Partiyası Gənclər Komitəsinin üzvü, Sumqayıt Sənaye Universitetinin tələbəsi Cabbar Savalanlı fevralın 5-də həbs olunub. Rəsmi açıqlamaya görə, Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları 1991-ci il təvəllüdlü Cabbar Savalanlını saxlayıb idarəyə gətiriblər. İdarədə onun üzərinə baxış zamanı 0,74 qram tiryək aşkarlanaraq götürülüb. Cabbar Savalanlıya Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə (Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) iş açılıb. Fevralın 7-də onun barəsində 2 aylıq həbs qətimkan tədbiri seçilib.

AXCP və hüquq müdafiəçiləri həbsi siyasi sifarişli və fəal gəncləri susdurmağa yönəlmiş addım hesab edirlər.






9 Fevral, 2011  21:41 Baxılıb: 1842 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
29 Noyabr, 2024  12:14

27 Noyabr, 2024  13:23


18 Noyabr, 2024  14:19

18 Noyabr, 2024  13:18


30 Sentyabr, 2024  12:25


16 Sentyabr, 2024  12:49

12 Sentyabr, 2024  11:08












10 İyun, 2024  16:13

7 İyun, 2024  12:18

6 İyun, 2024  14:22





31 May, 2024  15:30





24 May, 2024  14:01

23 May, 2024  16:06





6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16