Azərbaycanda qohumların nikahı qadağan edilir - SABAH
Sabahdan – iyulun 1-dən etibarən Azərbaycanda nikahın bağlanmasına mane olan hallar artırılır. Simsar.az xəbər verir ki, bu barədə Ailə Məcəlləsinə edilən dəyişiklikdə qeyd olunur. Belə ki, 1 iyul 2025-ci ildən etibarən Azərbaycanda qardaşların və (və ya) bacıların ümumi bioloji baba və (və ya) nənəsi olan uşaqlarının, bioloji qohumluğu olan əmi (dayı) və qardaş (bacı) qızının, həmçinin bibi (xala) və qardaş (bacı) oğlunun nikaha daxil olması qadağan olunur.