Bu ərazilərdə qaz yoxdur
Bu gün saat 04:20-də Yasamal rayonu A.Abbasov küçəsində qazıntı işləri aparılan zaman qaz xətti zədələnib. Simsar.az xəbər verir ki, bununla bağlı “Azəriqaz” İB məlumat yayıb. Bildirilib ki, A. Abbasov, A. Şərifzadə küçələrinin tam olaraq, M. Seyidov küçəsinin isə bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranıb.