Uzun illərdir argentinada yaşayan müğənni dünyaya oğlan öyladı gətirib
Uruqvay əsilli aktrisa və müğənni, 34 yaşlı Nataliya Oreyro ana olub. Simsar.az-ın İTAR-TASS-a istinadən verdiyi məlumata görə, o, Bunenos-Ayresdəki klinikalardan birində dünyaya oğlan öyladı gətirib. Qeysər kəsiyi yolu ilə dünyaya gələn körpənin çəkisi 3 kiloqram 474 qramdır.
Aktrisanın əri, 54 yaşlı Rikordo Mojionun arzusu ilə körpənin adını Merlin Ataualpa qoyublar. Bu, məşhur argentinalı rok musiqiçisinin adıdır.
Nataliya Oreyro ilk dəfədir ana olsa da, ərinin əvvəlki nikahdan iki qızı var. Aktrisa və Rikordo Mojionun yoqa məşğələlərində tanış olublr və 2002-ci ildə ailə qurublar.
Nataliya Oreyro Azərbaycan tamaşaçılarına “Vəhşi mələk”, “Sən mənim həyatımsan” və “Tanqo ritmində” seriallarının ulzudu kimi tanışdır. O, 19 ildir Argentinada yaşayır.
DİGƏR XƏBƏRLƏR