Müğənni yayın hitini təqdim edib
Populyar olmağa iddialı olan gənc müğənni Elşad Şükürov bu günlərdə yay ayları üçün hit mahnı təqdim edib. “Gülə-gülə” adlanan ritmik mahnının sözləri müğəninin özünə, musiqisi Arif Səlimova, aranjemanı isə Elvin Musayevə aiddir. Simsar.az saytına danışan müğənni tezliklə bu mahnıya rejissor Anar Hüseynov tərəfindən klip də çəkiləcəyini qeyd etdi. Bundan başqa, müğənni son dönəmlərin bir çox populyar mahnılarının söz müəllifi Ülviyyə Alovluya da müraciət etdiyini bildirdi. Məqsədi Alovlunun sölərinə yazılmış mahnıları ifa edib, repertuarına daxil etməkdir.
Azər Nəsibov
DİGƏR XƏBƏRLƏR