Zəngəzur dəhlizindən son görüntülər
                        
                        
                        
                        
                        
                        
                        
                            “Zəngəzur dəhlizi Azərbaycan-Ermənistan sərhədinə doğru tamamlanma mərhələsinə çatır”. Simsar.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “X” hesabında yazıb. “Azərbaycan regional nəqliyyat və logistika əlaqələrinin qurulması üçün yerlərdə ciddi işlər həyata keçirir”, - H.Hacıyev bildirib. O, sosial şəbəkə hesabında, həmçinin Zəngəzur dəhlizindən görüntülər də dərc edib.