Mirsaleh Seyidov vəzifəsindən azad edildi – Prezidentdən yeni təyinat
Mirsaleh Miradil oğlu Seyidov Azərbaycan Respublikası ədliyyə nazirinin müavini - Penitensiar xidmətin rəisi vəzifəsindən azad edilib. Simsar.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb. Digər sərəncamla Sahib Cəlil oğlu Rzayev Azərbaycan Respublikası ədliyyə nazirinin müavini - Penitensiar xidmətin rəisi vəzifəsinə təyin olunub.