Aərbaycan Braziliya Ciu-Citsu İctimai Birliyi açıq turnir keçirib
Bu gün Azərbaycan Braziliya Ciu-Citsu İctimai Birliyinin təşkilatçılığı ilə İctimai Birliyin klublar və flialları arasında açıq turniri keçirilib.Simsar.az xəbər verir ki, tədbirdə ənənəvi olaraq Azərbaycanın dövlət himni səsləndirilib. Daha sonra turnirin rəsmi açılış mərasimində çıxış edən Azərbaycanda Braziliya Ciu-Citsu (BJJ) döyüş sənətinin banisi, eyni zamanda İctimai Birliyin sədri Taleh Həsənov iştirakçılararı salamlayıb, hər birinə bu möhtəşəm mübarizədə sonsuz uğurlar və qələbə sevinci arzulayıb. BJJ Azərbaycanın Prezidenti Aqil Acalov da öz növbəsində turnir iştirakçılarına uğurlar arzulayıb, yarışda uğur qazanan idmançılara qarşıdan gələn beynəlxalq turnirdə iştirak edəcəyindən danışıb və indidən onlara qələbələr arzulayıb. A.Acalov deyib ki, idman təkcə güc və sürət deyil, həm də yüksək nizam-intizam, iradə və xarakter nümayişidir. İctimai Birliyin sədri müavini Anar Səfərov da öz növbəsində turnir iştirakçılarına bu yarışda uğurlar arzulayıb: "Hər birinizə bu yarışda öz potensialınızı tam nümayiş etdirməyi və parlaq qələbələr qazanmağı arzu edirik". Daha sonra yarışlara start verilib. Turnirdə respublikanın müxtəlif bölgələrinin klub və filiallarının idmançıları iştirak ediblər. Turnir müxtəlif yaş və çəki dərəcələri üzrə uşaq, yeniyetmə, gənc və böyüklər arasında Braziliya Ciu-Citsu döyüş sənətinin Gİ versiyası üzrə təşkil olunub.