"Ən gözəl nümunə" adlı layihə izləyicilərə təqdim olunacaq - FOTO - VİDEO
Bu gün "Ən gözəl nümunə" adlı yeni layihə izləyicilərə təqdim olunacaq. Simsar.az - ın məlumatına görə layihə İslam peyğəmbərinin qızı, Xanım Fatimeyi Zəhraya həsr olunub. İdeya müəllifliyi tanınmış ilahiyyatçı alim Hacı Ramil Bədəlova məxsus olan layihə Xanımın şəhadət günləri üçün düşünülüb. "Ən gözəl nümunə"də tanınmış ictimai xadimlər, xalq artistləri, incəsənət nümayəndələri, ilahiyyatçılar, yazarlar, ziyalılar iştirak edib. Xanım Fatimənin həyatına müasir baxışla yanaşı, onun cəmiyyət üçün lazım olan nümunəvi xüsusiyyətləri müzakirə olunub. Layihənin aparıcısı, jurnalist İradə Nurəddinqızıdır. Verilişlər Hacı Ramil Bədəlovun rəsmi Youtube kanalında yayımlanacaq. İlk veriliş bu gün saat 20:00-da efirdə olacaq.