Noyabrda üç maqnit qasırğası gözlənilir: Tarixlər
Noyabrın 7-də Yer kürəsində G1 səviyyəli maqnit qasırğası gözlənilir. Bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyası və Rusiya Elmlər Akademiyası Sibir şöbəsinin Günəş-Yer Fizikası İnstitutu məlumatına yayıb. Mütəxəssislər hadisənin baş vermə ehtimalını 61% olaraq qiymətləndirirlər. Alimlər noyabr ayı üçün maqnit qasırğalarının proqnozunu dərc ediblər: G1 səviyyəli geomaqnit qasırğaları cəmi üç dəfə: 7, 25 və 26 noyabrda gözlənilir. Ayın qalan günlərində Günəş aktivliyi aşağı olaraq qalacaq.