Təmirlə əlaqədar olaraq Gəncə şəhəri və Daşkəsən rayonunun qaz təchizatında məhdudiyyətlər olacaq
Gəncə şəhəri və Daşkəsən rayonunun qaz təchizatında məhdudiyyətlər olacaq. Azərbaycan Dövlət Neft Şirkətinin mətbuat xidmətindən Simsar.az-a verilən məlumata görə, təmir işləri ilə əlaqədar olaraq sabah 24 iyul tarixində saat 09.00-dan 18.00-dək “Xoşbulaq”, “Bağbanlar”, “Gəncə Körpü Tikinti-2” Qaztənzimləyici Məntəqələri və “Daşkəsən” Avtomatik Qazpaylayıcı Stansiyasından təbii qaz təchizatı dayandırılacaq.
Təmir işləri müddətində Gəncə şəhərinin Bağbanlar adlanan yaşayış massivinə və Daşkəsən rayonunun bütün yaşayış məntəqələrinə təbii qazın verilişində fasilələr yaranacaq.
DİGƏR XƏBƏRLƏR