İlham Əliyev Belçika kralını təbrik etdi
Prezident İlham Əliyev Belçikalıların Kralı Filipə təbrik məktubu ünvanlayıb. Simsar.az xəbər verir ki, məktubda deyilir: “Əlahəzrət, Belçika Krallığının milli bayramı münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı yetirirəm”.