Putin İlham Əliyevə zəng edib
Oktyabrın 24-də Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib. Simsar/.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb. “Azərbaycan və Rusiya prezidentləri Düşənbədə MDB Dövlət Başçıları Şurasının iclası çərçivəsində oktyabrın 9-da keçirdikləri görüşün davamı olaraq ikitərəfli gündəliyin bir sıra aktual məsələlərini müzakirə ediblər. Dövlət başçıları iqtisadi-ticari əlaqələrin daha da inkişaf etdirilməsinə, həmçinin enerji və nəqliyyat-logistika sahələrində birgə layihələrin həyata keçirilməsinə qarşılıqlı maraqlarını təsdiqləyiblər. Telefon söhbəti zamanı regional əməkdaşlığın bəzi aspektlərinə və beynəlxalq vəziyyətə toxunulub. Müxtəlif səviyyələrdə təmasların davam etdirilməsi barədə razılıq əldə olunub”, - məlumatda deyilir.