Hacı Şahin Həsənlinin doğum günüdür
Bu gün mərhum ilahiyyatçı alim Hacı Şahin Həsənlinin doğum günüdür. Simsar. az xəbər veri ki, o, 1974-cü ildə iyulun 7-si Bakı şəhərində dünyaya gəlib. 1981-ci ildə Bakı şəhər 189 saylı orta məktəbində təhsil almağa başlayıb və 1991-ci ildə təhsilini başa vurub. 1995-1997-ci illərdə cəbhə ərazisində hərbi xidmət çəkib. 1991-1999-cu illərdə Azərbycan Dövlət Texniki Universitetinin Maşınqayırma fakültəsində oxuyub. 2001-2004-cü illərdə Bakı Dövlət Universitetinin Tarix fakültəsində ikinci ali təhsil alıb. Ərəb, fars və rus dillərini bilirdi. Dörd övlad atası idi. 2 mart 2023-cü il tarixində dünyasını dəyişib.