“Biz Görüşəcəyik - 3” sənədli filminin təqdimat mərasimi olub - VİDEO
Tanınmış ilahiyyatçı alim Hacı Şahin Həsənlinin xatirəsinə həsr olunmuş "Biz Görüşəcəyik - 3” sənədli filminin təqdimat mərasimi olub. Simsar.az xəbər verir ki, təqdimatda mərhumun ailə üzvləri, şəhid ailələri, tanınmış ilahiyyatçılar - Seyid Ağarəşid Talıbov, Hacı Elşən İsmayılov, Hacı Cavid Pənahlı, Hacı Elbrus Kərimov, Əhli-beyt məddahı Seyid Peyman Boradigahi, ziyalılar, qardaş Türkiyədən gələn "Caferidar" Dərnəyinin rəhbəri Hasan Babur, filosof Müşfiq Ötgün, ictimai xadim Xalidə Bayramova, psixoloq Elnur Rüstəmov media nümayəndələri o cümlədən Hacı Şahin sevərlər iştirak edib. Tədbirin aparıcısı tanınmış teleaparıcı Emil Lətifov olub. Tədbir zamanı Hacı Şahin haqqında bir-birindən təsirli sözlər deyilib. Sonda film izləyicilərə təqdim olunub. Qeyd edək ki, filmdə ilahiyyatçının dini və ictimai fəaliyyətləri əks olunub. Ekran işində ilahiyyatçının mənəvi övladları, psixoloq Elnur Rüstəmov və Ustad isfəndiyar iştirak edib. Filmin müəllifi jurnalist İradə Nurəddinqızı, operatoru Alı Məmmədov, montajçısı Şükür Dadaşovdur.