Bu gün Azərbaycanda qısa iş günüdür
Bu gün – 19 mart Azərbaycanda qısa iş günüdür. Simsar.az xəbər verir ki, bu barədə Əmək Məcəlləsinin 108-ci maddəsində qeyd olunub. Belə ki, sözügedən maddədə qeyd olunur ki, iş günü hesab edilməyən bayramqabağı günlərdə iş gününün müddəti həftəlik iş günlərinin sayından asılı olmayaraq bir saat qısaldılır. Həmçinin bildirilir ki, işçiyə iş günü hesab edilməyən bayram günləri görülən işə görə əməkhaqqı ödənilir. Qeyd edək ki, sabahdan Azərbaycanda Novruz və Ramazan bayramları ilə bağlı 11 günlük tətil başlayır. Belə ki, 20, 21, 22, 23, 24, 25, 26, 27, 28, 29 və 30 mart tarixləri qeyri-iş günləridir.