.
Qubanın 2 dağ kəndində ilk dəfə olaraq qaz xətti çəkilib. Kənd sakinləri böyük sevinclə açılışda iştirak ediblər. Simsar.az-ın müxbiri xəbər verir ki, rayonunun 2 ucqar yaşayış məntəqəsinə – Gəray və Susay kəndlərinə ilk dəfə olaraq mavi yanacaq verilib.
Ümumilikdə 208 abonentin fasiləsiz olaraq təbii qazla təmin edilməsi məqsədilə birpilləli sistem əsasında daşıyıcı və paylayıcı xətt çəkilib. Hər bir evdə fərdi tənzimləyici və məişət tipli qaz sayğacları quraşdırılıb. Bununla da rayonda mavi yanacaqla təmin olunan yaşayış məntəqələrin sayı 48-ə çatıb. Kənd sakinləri təbii qazın verilməsini sevinclə qarşılayıblar.
Emin Kərimov,
Quba
DİGƏR XƏBƏRLƏR