Seymur İsayev Mehriban Əliyevanı təbrik etdi
Bu gün Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın doğum günüdür. Simsar.az xəbər verir ki, bu münasibətlə iş adamı, Sipark tikinti şirkətinin rəhbəri Seymur İsayev ölkənin birinci xanımını təbrik edib. Təbrikdə deyilir: "Dəyərli Mehriban xanım, maddi və qeyri-maddi mədəni irsimizin, milli mənəvi dəyərlərimizin dirçəlişinə, zənginləşməsinə və qorunub saxlanmasına misilsiz töhfələr vermisiz. Ölkəmizin səhiyyə, təhsil, idman, mədəniyyət və sosial sahələrinin inkişafında müstəsna xidmətləriniz var. Həyatınızın bu xoş günü münasibətilə Sizə möhhkəm can sağlığı, uzun ömür və dövlətçiliyimizin daha da möhkəmlənməsi naminə humanist və xeyirxah fəaliyyətinizdə Sizə uğurlar arzulayırıq!