İranda zəlzələ olub
Avqustun 21-i saat 02:33-də İranın Xuzistan əyalətinin Əlvan şəhərində Rixter cədvəli üzrə dörd bal gücündə zəlzələ baş verib. "Azad İran" "Telegram" kanalı bu barədə İran KİV-ə istinadən xəbər verib. Məlumata görə, zəlzələ 21 kilometr dərinlikdə qeydə alınıb. Hələlik hadisə nəticəsində dağıntıların və ya insan itkisinin olub-olmaması bəlli deyil.