Nəsiminin Suriyadakı məzarı Azərbaycana gətirilə bilər
Şair İmaddədin Nəsiminin Suriyadakı məzarı Azərbaycana gətirilə bilər. Simsar.az xəbər verir ki, bu barədə APA məlumat yayıb. Bildirilib ki, Azərbaycan dövləti Nəsiminin məzarının ölkəyə köçürülməsində maraqlıdır və artıq bu istiqamətdə Suriya tərəfi ilə ilkin təmaslar aparılıb, bu haqda məlumat verilib. Qeyd edək ki, İmadəddin Nəsiminin məzarı Suriya Ərəb Respublikasının Hələb şəhərindədir. Neçə illərdir hərbi münaqişənin davam etdiyi şəhərdə Nəsiminin də məzarı dağıntılara məruz qalıb.