Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Rəna Rzazadə: “Yusif qoymur Fatmagülə baxım”

“Heyvanların şəklini cəkən olacam”

Deməyin ki Rəna uşaqdır 3 yaşı var. Əsla!!! Bu balaca qızcığazın bildikləri heç də özundən deyən böyüklərdən az deyil. Rəna Rzazadə çox kiçikdir, danışarkən çox həriflərin tələffüzünü düzgün etmir. R hərifini Y, S hərifini isə Ş kimi səsləndirən şırin müsahibimizin sözlərini redaktə etməkdə məcbur qaldıq.
- Rəna, hardan gəlirsən?
- Evdən.
- Məni evinizə qonaq aparırsan?
- Hə aparıram.
- Sizə getsək bizimçun nə edəcəksən?
- İynə vuracam sizə.
- Onda getmirik. Baxçaya gedirsən?
- Yox Hamlet gedir, qardaşım.
- Bacın da var?
- Həəə, çıqqılı bacım var, adı Zəhradı. Ayaqları da çıqqılıdı, məni də cirmaxlıyır.
- Paltarını kim alıb?
- Mamam alıb.
- Ən çox kimi istəyirsən?
- Zəhranı.
- Nə qəşəng bəzənmisən?
- Bəzənirəm, gözəl olum. Pomada vururam. Bilirəm böyüyəndə saçım da uzun olacaq.
- Bəs indi niyə kəsmisən saçılarını?
- Yusif kəsib saçlarımı.
“Mama nənəyə deyir ki, gəlsən saçlarını yolacam”
- Yusif kimdi?
- Hamletin oğludu.
- Hamlet babanın adıdır həm də?
- Həəə.
- Deməli Yusif sənin atandır?
- Həəə, Yusif atadır daaa, bilmirsən?
- Atanla anan evdə dava edirlər?
- Həəə, mamam deyir ki, yemək bişirəcəm, qonaqlar gəlib, at da onu döyməyə başladı. Yusif mamanı döydü qan elədi.
(Bu yerdə Əjdərlə gülməkdən özümüzü saxlaya bilmədik. Ş.G)
- Niyə gülürsən? Həkim gəldi iynə vurdu mamaya.
- Rəna böyüyəndə nə olasan?
- Heyvanların şəklini çəkən olacam.
- Müğənnilərdən kimi tanıyırsan?
- Mamanı.
- Anan müğənnidir?
- Həəə. Yusif qoymur televizora baxım.
- Niyə atanı adı ilə çağırırsan?
- Bilmirəm.Yusif qoymur Fatmagülə baxım. Baxsam döyər məni.
- Nənən baban var?
- Həəə, kəndə gediblər. Mama qoymur gəlsinlər. Ən çox da nənəni bizə gəlməyə qoymur. Mama nənəyə deyir ki, gəlsən saçlarını yolacam.
- Bir-birlərinin saçlarını yolurlar?
- Həəə. Bir dənə də bibim var, adı Nüşabə. Bibimi çox istəyirəm deyə mamam saçımı yolur. Mən “morojna” istəyirəm. Maşına da minmək istəyirəm. (ağlayır)
Müsahibimiz, yorulmuşdu deyəsən. Cırnamağa başladı gah dondurma gah da maşına minmək istədiyini bildirib, ağlayırdı. Sənə dondurma alaq dedik amma “Yox qoymayacaqlar yeməyə” – dedi. Biz də almadıq, YUSİF DÖYƏR - deyə fikirləşdik...

Şahzadə Gül "SİMSAR" jurnalı






3 Avqust, 2011  17:41 Baxılıb: 1908 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner