Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

AĞAXAN ƏHƏDOV: “O QIZDAN XOŞUM GƏLİR, SAÇLARI DA UZUNDU”

.

Rubrikamızın bu dəfəki qonağı çox ciddi oglan idi. Amma ciddiliyinə baxmayaraq suallarımızı olduqca səmimi cavablandırdı. Sevgi etiraflarından tutmuş, vətənpərvərlik hisslərinə qədər bizimlə bölüşən Ağaxan Əhədov 1-ci sinif şagirdidi...

- Adını niyə Ağaxan qoyublar?
- Babamın adıdı.
- Kimin oğlusan?
- Viləşin.
- Viləş kimdi?
- Atam.
- Bəs sənə niyə qaqaş deyirlər?
-Bilmirəm.
-Səni Basketbol oynayarkən gördük, deyəsən idmandan xoşun gəlir...
-Bəli idman eləmək yaxşıdır. Futbol oynamaq yaxşıdır.
- Onda niyə basketbola gedirsən?
- Özləri qoyub.
- Kimlər?
- Atam.
- Atana niyə demədin ki, futbola getmək istəyirəm.
- Mən dedim, amma atam dedi ki, bunu oyna qurtar, sonra futbola gedərsən.
- Hansı fudbolçudan xoşun gəlir?
- Messidən, Barselonada oynayır.
- Azərbaycanda hansı futbol komandalarını tanıyırsan?
- Qarabağı tanıyıram.
- Qurban Qurbanov yaxşıdı, yoxsa Rəşad Sadıxov?
- Rəşad Sadıxov.
- Televizorda daha çox nəyə baxırsan?
- “Aramızda qalsı”na.
- Müğənnilərdən kimlərdən xoşun gəlir?
- Nadir Qafarzadədən, bir də Röyadan.
- Nadir sənətkardı, yoxsa müğənni?
- Sənətkar.
- Bəs Alim Qasımov kimdi?
- O müğənnidi.
- Azərbaycan sənin nəyindi?
- Vətənim.
- Bəs Bakı?
- Şəhərim. Qarabağ isə mənim torpağımdı.
- Xocalı faciəsi nədir?
- Ermənilər insanları öldürüblər, gözlərini çıxarıblar.
- Sən görmüsən o şəkilləri?
- Bəli, məktəbdə yapışdırıblar.
- Qarabağ haqqında kinolara baxanda nə hiss eləyirsən?
- Böyüyüb əsgər olmaq istəyirəm, düşmənləri öldürmək istəyirəm.
- Kimdi bizim düşmənlərimiz?
- Ermənilər.
- Bəs türklər kimdir?
- Dostumuz.
-Fəxri Xiyabanda olmusan?
- Bəli, nənəm aparmışdı Heydər babanı ziyarət etdim salavat çevirdim. Şəhidlər Xiyabanında da olmuşam.

“Pul yaxşıdı amma nənədə olsun”

- Böyüyəndə nə olacaqsan?
- Hərbçi.
- Bəs futbol?
- O əlavə məşğələdi
- Bacın neçədə oxuyur?
- İkidə.
- O sənə dərslərində kömək edir
- Yox o öz dərslərini edir.
- O yaxşı oxuyur ya sən?
- İkimiz də.
- Xoşuna gələn qız var?
- (utanaraq)Hə...
- Adı nədir?
- Demirəm. O qızdan xoşum gəlir, saçları da uzundu.
- Yəqin sinif yoldaşındı hə?
- Hə, amma başqasıyla oturur...
- Pul yaxşı şeydi, ya pis.
- Pul yaxşıdı amma nənədə olsun.
- Pulun çox olanda neyləyəcəksən?
- Silah alacam, erməniləri öldürəcəm... Yekə ev alacam özümə, bir də Hammer maşını göy rəngdə.
- Ata-ana necə olmalıdı?
- Dost olmalıdı. Ata işə getməlidi, ana da evdə işini görməlidi.
- Atanı çox istəyirsən ya ananı?
- İkisini də. Nənələrimi də, bacını da çox istəyirəm. Babamın biri Qaxdadır, biri də dənizdə rəhmətə gedib. Babalarımı da çox istəyirəm. Nənəm bizə şeir öyrədib:
Uşaqkən qəlbimiz yaman sızladı
Babamız dənizdə ölübdü bildik.
Onunçün biz səni belə qarğadıq
Ömürlük quruya dönəsən dedik.
- Qax yaxşıdı, Bakı?
- Qax. Orda velosipedim var.
- Bacıyla dava edirsiz?
- Hə, oyuncaqların üstündə.
- Hansı yeməkləri xoşlayırsan?
- Borş, kartof qızartması. Nənə deyir çox ye.
-Bəs idman müəllimi nə deyir?
- Çoxlu süd qatıq iç deyir.
- Heyvanlardan xoşun gəlir?
- Hamısından xoşum gəlir.
- Onların bizdən fərqi nədi?
- Bizdə şüur var.
- Oynamaq ya dərs oxumaq lazımdı?
- Dərs oxumaq.
- Dərs oxumaq adama nə verir?
- Bilik.
- Bilirsən şəkillərin hansı jurnalda çıxacaq?
- “Simsar” jurnalında. Üzündə “Yuzarsif” olan jurnalınızdan çox xoşum gəlib...

Şahzadə Gül (“Simsar” jurnalı)

 






21 İyun, 2012  19:16 Baxılıb: 3247 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner