Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

UŞAQ HƏKİMİ OLACAM

XƏDİCƏ ƏHMƏDOVA: “İLHAM ƏLİYEV ƏRDOĞANDAN YAXŞIDIR”

Bu dəfəki müsahibim ilk qonagımız Raziyyə Əhədovanın yaxın rəfiqəsi Xədicə Əhmədovadır. Onunla görüşmək üçün Raziyyəyə müraciət etdik. Raziyyə də bizi görüşdürəcəyinə soz verdi. Sən demə rəfiqələr özləri də dərslərin başlaması ilə əlaqədar çoxdandı görüşmürlərmiş. Necə deyərlər savab qazandıq. Raziyyə ilə vədələşdiyimiz məkanda Xədicəni xeyli gözlədik….
-Xədicə niyə gec gəldiz, biz sizi gözləyirik bayaqdan.
-Gül alırdıq. Həm də “probka” var idi. Atam nə qədər siqnal verdi getmədilər. Yolları da sökürlər ancaq.
-Raziyyə üçün darıxmışdın?
-Bəli, onu çox istəyirəm axı.
-Nə qəşəng uzun saçların var?
-Hə, uzun saçlardan xoşum gəlir. Bəzənməkdən də xoşum gəlir.
-Evdə anana kömək edirsən?
-Bəli, evləri səliqəyə salıram. Qız evdə iş görməlidir. Əvvəl öz otağımızdan başlayıram.
-Musiqiyə qulaq asırsan?
-Hə, ən çox Röyadan xoşum gəlir.
-Röyanın nəyindın xoşun gəlir axı?
-Mahnılarından xoşum gəlir, özü qara qızdı.
-Atanı yoxsa ananı çox istəyirsən?
-İkisini də çox istəyirəm. Onlar olmasa evdə tək oturmaqdan qorxuram. Anamgil toya gedəndə biz nənəmgillə qalırıq.
-Analar niyə toya gedir?
-Oynamağa. Toyu oynamaq üçün edirlər.
-Sən də oynaya bilirsən?
-Bəli.

“Böyümək istəyirəm amma qocalmayım”

-Sona qədər dost olacaqsız?
-Hə, qoca arvad olanda da dost olacağıq.
-İnsanlar niyə qocalır?
-Yaşlaşırlar ona görə.
-Yaşlaşmaq yaxşıdır yoxsa uşaq olmaq?
-Uşaq olmaq daha yaxşıdır.
-Bəs böyümək istəmirsən?
-Böyümək istəyirəm amma qocalmayım.
-Böyüyəndə kim olacaqsan?
-Uşaq həkimi olacam. Mən şeir də bilirəm.
-Nə şeiri?
-Bir millət iki dövlət,
Eyni arzu, eyni niyyət,
Hər ikisi cumhuriyyət,
Azərbaycan Türkiyə.
-Əhsən, Türkiyəni görmüsən?
-Xeyr. Amma bilirəm ki, Türkiyənin prezidenti Ərdoğandır.
-Bəs Azərbaycanın?
-İlham Əliyev. İlham Əliyev Ərdoğandan yaxşıdır.
-Deyirsən ki, uşaq həkimi olacaqsan, niyə bu qərardasan?
-İstəyirəm uşaqlar xəstələnməsin. Onlara iynə vurmasınlar. Uşaqları çox istəyirəm.
-Sən özün böyümüsən?
-Bir az böyümüşəm.
-Ermənilər kimdir?
-Düşmənlərimiz.
-Bəs dostumuz kimdir?
-Əsgərlər dostlarımızdır.
-Azan oxunur. Azan nədir bilirsən?
-Azan oxunanda namaz qılırlar. Babam namaz qılır.
Bu zaman Raziyyə də söhbətimizə qoşulur:
-Mənim də nənəm namaz qılır. Namaz qılmaq yaxşıdır.
-Telefonun olsa kimə zəng vurarsan?
-Raziyyəyə.

“Anam kartof qızartmasını çox bişirir”

-Hansı yeməyi xoşlayırsan?
-Dovğanı.
-Anan evdə ən çox hansı yeməyi bişirir?
-Anam kartof qızartmasını çox bişirir. Çünki mən onu da çox xoşlayıram.
-Yay yaxşıdır yoxsa qış?
-Yay daha yaxşıdır, çünki hava qəşəng isti olur, Şamaxıya gedirirk gəzməyə.
-Raziyyəni də aparmışdın?
-Yox, o Qaxa getmişdi. Həm də özbaşına necə getsin, gərək atası icazə versin. Atası icazə versə yayda apararam...

Şahzadə Gül (“Simsar” jurnalı)

 






7 Yanvar, 2012  17:07 Baxılıb: 2626 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner